Azərbaycan futbolunda süni ot örtüyü problemləri illərdir qalmaqdadır. Avropa bu örtüklərdən imtina edir. Biz isə maksimum 200 min manat “tapmırıq” ki, bir keyfiyyətli təbii futbol meydançası salaq.
Bəli, bir əla təbi öt örtüyünün qiyməti heç də milyonlara filan başa gəlmir. Uzağı 200 min manat, ona aylıq ideal baxım isə 10-15 min manat civarında.
Bizim futbolda 200 min manat bir keyfiyyətsiz legioner oyunçunun illik maaşı deməkdir. Amma söhbət meydançanı dəyişməyə gəlib çatanda nədənsə, hamının pulu “qurtarır”.
Əvəzində uşaqlı-böyüklü hamı üstü süni ot, altı isə beton olan meydanda oynamaq məcburiyyətində qalır.
***
Süni meydançaları indi əsasən sərt qışın keçdiyi müəyyən ölkələrin şəhərlərində görə bilirik. Bunu da başa düşmək olar. Məsələn, Norveçin, İsveçin 10-15, bəzən hətta 20-30 dərəcəyə çatan şaxtasına nəinki kövrək təbii ot, heç güclü insan orqanizmi də dözə bilməz.
Məlum, süni ot örtüyü futbolçuların tez-tez və ciddi zədə almalarına gətirib çıxarır. Bu, həm peşəkar, həm də yeniyetmə futbolçulara aiddir. Bu mənada yaxşı olar, valideynlər də uşaqlarının elə meydançalarda oynamasına laqeyd yanaşmasın, klublar qarşısında məsələ qaldırsın. Çünki bu meydançalar uşaqların gələcək fiziki durumu - mümkün ciddi zədələri üçün real təhlükə qaynağıdır.
Düzdür, son dövrlər bizdə bəzi klublar təbii meydançalara keçmək niyyətlərini ifadə ediblər. Məsələn, “Turan Tovuz”. Lakin bunlar hələlik yalnız xoşməramlı vədlərdir.
Odur ki, söz başqa, iş başqa.
Süni meydança problemi ən çox Premyer Liqamızın məşqçilərini narahat etməkdədir. Dünən “Səbail”lə oyundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da bu məsələyə toxunub. Bu da səbəbsiz deyil.
Əvvəla “Səbail”in də meydançası sünidir. Özü də ən keyfiyyətsizindən. İllərdir çox məşqçimiz həmin meydandan narazılıq edib. Di gəl ki, bunlar qulaqardına vurulub. Onsuz da Azərbaycan futboluna deyil, qohum-əqrəbaya, dost-tanışa xidmət üçün yaradılan bu klub futbolumuza bir də ən ucuz (sənədlərdə isə ən baha) meydança ilə də zərər vurub. “Səbail”pulunun neft quyusu kimi fışqırdığı vaxtda belə hətta öz futbolçusuna rəhm etməyərək qazonu dəyişməyib.
Əvəzində təəccüblüdür ki, burada illərdir Premyer Liqa kimi yüksək statuslu turnirin keçirilməsinə icazə verilib. Niyə?
Cavab başqa bir yazının mövzusudur. İndi gələk süni ot örtüyünün yaratdığı və yaşatdığı problemə.
Daha doğrusu, bundan sonrasını artıq onu bir mütəxəssisin, ömrünün böyük hissəni futbola həsr edən və etməkdə olan adamın dediklərindən oxuyaq.
Rəşad Sadıqovun.
“Bir çox komandamız yaxşı, iddialı transfer edir, çempionatımıza samballı futbolçular gətirir. Onların yaxşı oyun göstərməsi üçün isə şərtdir ki, meydança da yaxşı olsun. Sonra tribuna, stadion… Bunlar bir-birini tamamlayan məsələlərdir. Mən düşünürəm ki, süni ot örtüklü meydançalarımız azalmalıdır. Yeni mövsümdə “Kəpəz”in stadionu hazır olacaq və onlar təbii ot örtüyündə oynayacaqlar. Eşitmişik ki, Ehtiram müəllim “Turan”ın stadionunun ot örtüyünü dəyişmək istəyir. “Səbail” 1-ci liqaya düşdü. Biz buna görə sevinmirik ki, süni ot örtüyü olan komanda sayı azaldı.
Biz süni ot örtüyünü futbolumuzdan yox etməliyik. İstər əsas komandalarımız, istər akademiyalarımız süni ot örtüyündən çıxmalıdır. Bu, bizim futbolun inkişafını yubadır, irəli getməsinə çox mane olur. Diqqət yetirsəniz, görərsiniz ki, bəzi usta futbolçular süni öt örtüyündə ehtiyatla oynayır, özlərini qoruyurlar. Bu da təbiidir. Bizim futbolçumuz Yusuf Lavalın bacarığını hamımız bilirik. Onu Portuqaliya yüksək liqasından transfer edib gətirmişik. Mən ilk dəfə idi, elə hadisə ilə rastlaşırdım ki, əzələnin əməliyyatı olsun. Düşünürəm ki, buna əsas səbəb süni ot örtüyü oldu. Sonra Marandiçinin zədəsi.
Belə hallar futbolçularda psixoloji travma yaradır. Ona görə də artıq növbəti matçlarda onlar ehtiyatla, qorxa-qorxa oynayırlar [süni meydançalarda]. Bu da oyunun keyfiyyətinə təsir edir. Bunu mütləq şəkildə birlikdə həll etməliyik. Deyək ki, günah hansısa komandadadır, ot örtüyünü tez dəyiş. Bu problemi həll etmək asan proses deyil. Hamısına vəsait lazımdır. Bundan başqa, komandanın özünün təbii ot örtüyündə məşq etməsinə şərait olmalıdır. Bu, uzun bir prosesdir. Düşünürəm ki, yaxın gələcəkdə məsələ həllini tapar. Çünki bizdə də məlumat var ki, federasiya rəhbərliyimiz bu yöndə işlər görür ki, bütün komandalar təbii ot örtüyündə çıxış etsin. Bu, qısa zamanda həll olunacaq məsələ deyil. Amma inanıram ki, yaxın illərdə biz artıq süni ot örtüyündən qurtulacağıq. Bu, futbolumuzun inkişafı üçün çox vacib şərtdir”.
Sadıqovun bu sözləri az da olsa ümid işığı yaradır.
Amma bir tərəfdən də xəbərlər yayılır ki, Premyer Liqaya yüksələn “Karvan” və “İmişli” də yeni mövsümdən oyunlarını süni meydanda keçirmək istəyirlər. Pul yoxdur deyirlər.
Sabah isə görəcəyik ki, bu bölgə klublarımızın hər birinin heyətində 200-300 minlik oyunçu var… Mövsümün sonunda da faydasız oyunçu kimi yola salacaqlar.
AFFA-nın ayıracağı 2 milyon 500 min manatdan 200 minini təbii meydançaya xərcləmək çoxmu çətindir?
AFFA demişkən.
Federasiyanın yeni rəhbərliyi vədlərdən, sözlərdən əməli işə keçməlidir. Bu məsələyə dərhal müdaxilə edib çıxış yolu tapmalıdır.
Çünki süni meydançalar təhlükə yuvasıdır.
Orada futbolçu yetişə bilməz.
Aydın Bağırov
"Qəbələ"nin futbolçusu dünya çempionatında oyuna çıxdı
Çempionlar Liqası: “Real” “Kayrat”a aman vermədi
“Qızıl top"u qazanmadığıma görə məyus deyiləm”
Enrike: "Barselona" mənim evimdir"
"Mançester Siti" Rodrinin yerinə onu istəyir
Millimizin və "Şamaxı"nın futbolçusu əməliyyat olundu
Qarabağ atları Çempionlar Liqasının oyununda!
Oyuna görə sabah Bakı metrosunda iş rejimi dəyişdiriləcək
Özbəkistan millisinə Kannavaro başçılıq edə bilər
“Məşqçi kimi inkişaf etmir” - Okan Burukdan sərt sözlər
"Kopenhagen"in baş məşqçisi "Qarabağ"la oyun haqda
Güləş millimizin III MDB Oyunları üçün heyət açıqlandı
"Səbail" braziliyalı futbolçu transfer etdi
Xviça "Barselona" ilə oyunu buraxacaq
"Arsenal" Saliba ilə müqaviləni uzatdı
"Kopenhagen"lə oyun çox maraqlı olacaq" - Leandro Andrade
Qurban Qurbanovdan "Kopenhagen"lə oyun öncəsi açıqlamalar
"Qalatasaray"la ÇL oyununu buraxacaq
Sektorların üzərinə "Qarabağ" yazıldı - Video
Klopp nədən və niyə narazıdır?
"Tottenhem" ciddi itki ilə üzləşdi
Ayxan Abbasov milliyə baş məşqçi təyin edilib, amma...
"Qarabağ"dan müraciət
"Barselona"dan Niko Uilyams açıqlaması
UEFA İsrail məsələsinə nöqtə qoydu
Əliyar Ağayevə daha bir təyinat
AFFA rəsmisi mübahisəli epizodları şərh etdi
"Barselona" Yamalı milliyə buraxmaq istəmir
“Qəbələ”də mövsümün 5-ci debütu
Renat sabiq komandasına qarşı oynadı
“Beşiktaş” 3 xalı 3 qolla qazandı - Video
Səudiyyə Ərəbistanı klubu Yurgen Kloppu hədəflədi
Xavi "Mançester Yunayted"i çalışdırmağa hazırdır
"Traktor"dan ÇL-də heç-heçə
Azərbaycan voleybolçularından uğurlu start
Boksçularımız III MDB Oyunlarına qələbə ilə başladılar
UEFA-nın rəsmi saytı “Qarabağ”ın növbəti oyunundan yazdı
La Liqanın oyunu təxirə salındı
“Kopenhagen” Bakıya 21 futbolçu ilə gəlir
Millimizin Avropa çempionatı üçün ilkin heyəti
III MDB Oyunları: Azərbaycandan ilk qızıl medal