"Neftçi” və “Sabah” dünənki uğurları ilə “Qarabağ”la bağlı azarkeşlərimizdə yaranmış məyusluğu az da olsa unutdura bildilər.
Nəticələr müsbət olanda küskün azarkeşlər öz istəyi ilə stadiona qayıdırlar. Xeyli müddətdir boş qalan “Neftçi”nin stadionunda tribunalar tam dolmuşdu. Eləcə də “Sabah”ın. Niyə? Ona görə ki, ilk oyunda “Neftçi” Bosniya və Hersoqovinada, “Sabah” Latviyada uğurlu və ümidverici nəticə qazanmışdı. Təkrar oyunda hər ikisi layiqli qələbə qazanıb həm mərhələ adladı, həm də Azərbaycanın UEFA reytinqinə əlavə xal yazdırdı.
Avrokuboklardakı debütantımız “Sabah” baş məşqçi Murad Musayevin iti futbol zəkası, müasir futbolun damarını yaxşı tutması səbəbindən inkişafa doğru gedir. “Sabah”da bu günə qədər həm klub rəhhərliyi, həm də məşqçi səviyyəsində görülən işləri yalnız müsbət dəyərləndirmək olar.
Amma gələcəkdə bu uğurlu gedişata mane ola biləcək neqativ addımdan qaçılmalıdır. Yəni baş məşqçi ilə klub arasında birlik, qarşılıqlı dəstək davam etməlidir. Düzdür, hələlik bunun əksinə dair xəbərlərə rast gəlinməyib. Ümid edək, heç gəlinməz də. Amma onu da unutmayaq ki, bəli, düz düşündünüz, biz Azərbaycanda yaşayırıq…
Bu yazıda “Neftçi”nin üzərində xüsusən dayanmaq istərdim. Çünki bu klubumuz illərdir sağdan-soldan, SOCAR-dan, AFFA-dan, Elxan Məmmədovgilin çetesindən elə zərbələr alıb ki, onun özünə gəlməsi, toparlanması müəyyən vaxt (bəlkə də uzun vaxt) alacaq. Əvvəlki rəhbərin nöqsanlı idarəçiliyi, bəzən də klub prezidentinin adına yaraşmayan ucuz davranışı ən çox elə “Neftçi”nin imicini ləkələyirdi.
Bizdə el arasında yaxşı deyiblər ki, insanın gərək gözü tox olsun. Gözütoxluq isə tutduğun vəzifə ilə ölçülmür. Yeri gəlmişkən, indi heç vəzifə də qalmayıb...

Bu gün “Neftçi”də təzə rəhbərlik, yeni baş məşqçi, futbolçular var. Bir sözlə, klub təzədən qurulur. “Jelezniçar”la matçlarda komandanın oyun baxımından axsaması başadüşülən idi. Vacib olan nəticə idi ki, qazanıldı. İndi nədənsə hamıda “Neftçi” əvvəlki “Neftçi ola bilər kimi ümidlər yaranıb.
Tamamilə təbiidir. Çünki klub “yabanı otlar”dan təmizlənir.
Amma yuxarıda qeyd etdiyim kimi, bunlar hələlik yalnız ümiddir, faktın, həqiqətin özü deyil. Bir qələbə eyforiya yaratmamalıdır. Qarşıdakı “Beşiktaş” kimi güclü rəqib, daha da önəmlisi daxili liqada ən azı “Qarabağ” və “Sabah”la çətin rəqabət var.
Və indiki həssas keçid dönəmi “Neftçi”nin yeni rəhbərliyindən ayıq-sayıq və təmiz idarəçilik gözləyir. Əlbəttə, baş məşqçi Adrian Mutunun işinə mümkün müdaxilədən də qaçılmalıdır. Yox, əgər bu olsa, yeni rəhbər Fərrux Mahmudovun əvvəlki rəhbər Kamran Quliyevdən bir fərqi (iş mənasında) də olmayacaq.
Bəli, “Neftçi”də yeni dövr başlayıb. Amma bu dəyişiklik kosmetik olmamalıdır. Klub və komanda daxildən tamamilə yenilənməlidir. Bu halda biz yaxın gələcəkdə yenidən çempion olan “Neftçi”ni görə bilərik. Çempion olan və Avropada qrupa düşən “Neftçi”ni…
“Neftçi”nin yaxşı mənada yenilənməsi isə onun güclənməsi deməkdir. Və tək onun deyil, bütün Azərbaycan futbolunun.
Aydın Bağırov
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi