“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir

“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
DÜNYA FUTBOLU 29 Oktyabr 2026 / 21:12 480
-  A +

“Barselona”nın bir azarkeşi “Real”ın futbolçularına bayraq dirəyi ilə hücum etdiyinə görə 60 min avroyadək cərimələnə bilər.

QOL.az xəbər verir ki, “Marca”nın məlumatına görə, Kataloniya polisi hadisəni törədən şəxsi müəyyənləşdirərək şikayət edib. La Liqa da araşdırmaya başlayıb.

Hadisə ötən bazar günü keçirilən “El-Klasiko”da baş verib. Mbappenin 87-ci dəqiqədə vurduğu qoldan sonra “Real”ın futbolçuları sevinərkən “Barselona” azarkeşlərindən biri onlara bayraq dirəyi ilə zərbə endirib. Eduardo Kamavinqa yüngül xəsarət alıb.

Pozuntu ağır hesab olunarsa, azarkeş 3 000-60 000 avro cərimələnə və 6 aydan 2 ilədək stadiona girişdən məhrum edilə bilər. Daha ağır təsnifat halında cərimə 650 min avroyadək, qadağa isə 5 ilədək arta bilər.

Qeyd edək ki, La Liqa hadisə ilə bağlı materialları İspaniya Futbol Federasiyasının intizam komitəsinə göndərib.


Qarabağ FK
Son xəbərlər
topaz banner