Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
QOL.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 5 idmançısı tatami üzərinə çıxıb.
60 kq çəki dərəcəsində Balabəy Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. O, finalda Tacikistan təmsilçisi Loik Qudbudinovu məğlub edib.
48 kq-da mübarizə aparan Könül Əliyeva da turnirin qalibi olub. Finalda Türkiyə təmsilçisi Merve Azaka qalib gələn cüdoçumuz qızıl medal qazanıb. Bununla da Əliyeva tarixdə “Böyük Dəbilqə” turnirində qızıl medal qazanan ilk azərbaycanlı qadın cüdoçu olub. Bu, onun böyüklər arasında Dünya Turunda ilk qızıl medalıdır.
66 kq çəki dərəcəsində Ruslan Paşayev dörddəbir finalda Bəhreyn təmsilçisi Suxrob Boqiyevə uduzub. Bürünc medal uğrunda görüşdə isə Tacikistan idmançısı İskəndər Mahmadxocazadəyə məğlub olub.
Eyni çəkidə yarışan Rəşad Yelkiyev dörddəbir finalda Rusiya təmsilçisi Yaqo Abuladze ilə bacarmayıb. Təsəlliverici görüşdə Qazaxıstan cüdoçusu Qusman Qırğızbayevə qalib gələn idmançımız bürünc medal uğrunda Özbəkistan təmsilçisi Dilşodbek Xamroyevlə qarşılaşacaq.
52 kq-da mübarizə aparan Gültac Məmmədəliyeva isə dörddəbir finalda Fransadan olan Amandin Buşara uduzub.
Qeyd edək ki, "Böyük Dəbilqə" turniri oktyabrın 31-də başa çatacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”