Azərbaycan Respublikası Media və Yayım Şurasının layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı Azərbaycan futbolu, xüsusilə də yeniyetmə futbolçuların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. 189 ölkənin təmsil olunduğu, minə yaxın oyunun nəzərdə tutulduğu bu mötəbər tədbir yeniyetmə futbolçuların beynəlxalq təcrübə qazanmasına, fərqli futbol məktəblərinin müqayisəsinə və gələcək istedadların üzə çıxarılmasına geniş imkanlar yaradır.
Bu cür böyük miqyaslı yarışın Azərbaycanda təşkili təbii ki, gənc nəslin bu idman növünə marağının artması baxımından çox əhəmiyyətlidir. Bəs bu cür turnirlər gənc futbolçuların yetişməsinə nə dərəcədə təsir edir və millimizin oyun səviyyəsi hansı təəssüratları yaradır?
QOL.az saytı bu suallara cavab tapmaq üçün futbol mütəxəssisi Arif Əsədovun fikirlərini öyrənib. O, əvvəlcə turnirin təşkilatçılığı ilə bağlı fikirlərini bölüşüb:
“Təbii ki, şərait yüksək səviyyədədir. Çox qısa bir müddətdə - 66 gün ərzində bu cür infrastrukturun yaradılması, 10 meydançanın təhvil verilməsi özü ölkəmiz və futbolumuz adına çox müsbət haldır. Yarışların keçirilməsi də çox yüksək səviyyədə gedir. Hər şey nəzarət altındadır. Meydançalar elə qurulub ki, orda olan nümayəndələr istədiyi oyunu izləyə bilir. Çox yaxşı bir infrastruktur yaradılıb.

Arif Əsədov
Bu haqda Azərbaycana gələn bir çox dünyaca tanınmış futbol adamı da danışır. Məsələn, Arsen Venger bizimlə görüşündə bu dünya çempionatının çox yüksək səviyyədə təşkil olunduğunu, oyunların gedişatının onu məmnun etdiyini bildirdi”.
Azərbaycan millisinin demək olar ki, turnirdəki bütün oyunlarını izləyən A.Əsədov komandanın çıxışlarını belə təhlil edib: “Millimizin oyunu ilə bağlı çox yaxşı təəssüratlarım var. Çünki oyundan oyuna komandamızda inkişaf hiss olunur. İlk oyunlarda hardasa həyəcan var idisə, getdikcə öz potensiallarını açmağa çalışırlar. Xüsusilə də Çiliyə məğlub olsaq (1:3) da, oyun baxımından millimiz çox yaxşı idi. Həm fərdi olaraq, həm də komanda şəklində millimiz yaxşı oyun sərgilədi. Oyunları izlədikcə perspektivli futbolçuların olduğunu görürük”.
A.Əsədov bu kimi yarışların gənc futbolçuların inkişafı üçün çox vacib olduğunu qeyd edib: “Onlara bu cür yarışlar lazımdır ki, özlərini göstərə, potensiallarını tam aça bilsinlər. Bu baxımdan hazırkı yarış gənc futbolçular üçün olduqca vacibdir. Bu trunir orda iştirak edən bütün gənc futbolçular üçün böyük fürsətdir. Çünki onların hamısı üçün həyatlarında ilk ən böyük yarışdır. Həm də onlar müxtəlif oyun üslubu olan rəqiblərlə üz-üzə gəlirlər. Belə fərqli rəqiblərin olması gənc futbolçuların inkişafı üçün çox lazımdır. Oyun sayının çox olması da çox müsbət məqamdır. Ancaq bu futbolçular inkişaf etmək üçün gərək belə oyunları daha çox keçirsinlər. Onların indi mümkün qədər çox oyun keçirmələri lazımdır".

A.Əsədov onu da bildirib ki, oyunlara maraq olduqca böyükdür və matça indikindən daha çox tamaşaçının buraxılması yaxşı olardı: “Bir çox insan bu oyunları izləmək istəyir. Amma FİFA tərəfindən qoyulan bir məhdudiyyət var. Bildiyiniz kimi, tribunların az olmasına görə oyuna baxmaq üçün xüsusi buraxılışlar lazım olur. Azərbaycan xalqı futbolu sevdiyi üçün hamı oyunları izləmək istəyir. Bir az bu məsələni mənfi hal kimi qiymətləndirmək olar. Bu da dediyim kimi, FİFA-nın məhdudiyyəti ilə bağlıdır”.
Ramiq Ağaməmmədov
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub.

Bugünkü oyunu buraxacaq
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Mingəçevir"də baş məşqçi ayrılığı
İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
“Mançester Yunayted”də baş məşqçi təyinatı rəsmiləşdi
Keyn millidə mütləq rekordçu oldu
Daha 24 oyunun vaxtı müəyyənləşdi
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
Türkiyə millisinin düşərgəsini tərk etdi
Azərbaycan kubokunda 1/8 final - Nə vaxt və harada?
“Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi! - Müsahibə
Brunu Fernandeş klubun təklifini yenə rədd etdi
Skaloninin Argentina millisi ilə müqaviləsi uzadıldı
De Brüynenin “Napoli”də münaqişəsi böyüyür