Sabah “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Frayburq”un qonağı olacaq. Dünən axşam Ağdam təmsilçisini gətirən təyyarə 5 saatlıq uçuşdan sonra əvvəlcə İsveçrənin Bazel şəhərinə eniş edib. Səbəb Frayburqun özünün aeroportunun olmamasıdır. İsveçrədən isə “Qarabağ” Frayburqa avtobusla yola düşüb və 40-45 dəqiqəyə məskunlaşdığı otelə çatıb.
Yeri gəlmişkən, “Qarabağ”ı oyuna AZAL-ın Qazax adlı təyyarəsi aparıb. Ümid edirəm, düşərli olar…

Frayburq kiçik şəhərdir. 240 minə yaxın əhalisi var. Şəhərin gəzintisinə hələ bu gün səhər çıxmışam deyə bura ilə bağlı fikirlərim hələlik ötəridir. Amma hətta 2-3 saatlıq gəzinti də kifayət edir ki, Frayburqun səliqə-səhmanına heyran olasan. Hərçənd burada insan beynini qayğılardan, problemlerdən uzaqlaşdıran onlarla nəsə tapmaq olar. Bu yerdə ən yaxşısı, sizə sözlərimi deyil, az əvvəl çəkdiyim şəkilləri təqdim edim.
Beləliklə, Frayburq…
Belə görsənir ki, şəhərdə velosiped sayı maşın sayından çoxdur. Ona görədir ki, şəhərdə hələlik tıxaca rast gəlməmişəm. Şəhərin havası isə o qədər təmizdir ki, sanki dağa, meşəyə düşmüsən…

Frayburq rəngarəng binaları ilə da maraq doğurur… Amma mənim daha çox qəlbimə yatan həm də bu kiçik şəhərin memarlığıdır. Hələlik bir göydələnə rast gəlməmişəm…

… Frayburqun hər yerində Ukraynaya dəstək görmək olur


… Və əlbəttə, qədim tarixi abidələri, çoxsaylı kilsələri də qeyd edək.
… Hə, tramvay da yaddan çıxmasın.

… Şəhəri gəzdikcə tanış simalara da rast gəlir: “Qarabağ” klubunun əməkdaşlarıdır.

… Bu da çiyələyin, moruğun və… pivənin qiyməti.


… Pivə demişkən, Almaniya hər şəhərində olduğu kimi, buranın da pivəsinə söz ola bilməz. Pivəsevərlərin yeri məlum.

… O ki qaldı futbola, bu haqda da yazı olacaq.
Aydın Bağırov, Frayburq
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi