Lorenzo Sotomayor 2014-cü ildə Azərbaycanın boks üzrə milli komandasına cəlb olunan kubalı legionerdir. Onun böyük pullar hesabına bura gətirilməsinin səbəbi o idi ki, ölkəmizə beynəlxalq yarışlarda medallar qazandırsın. Və bununla Azərbaycanın reytinqi beynəlxalq boks aləmində, yerli Boks Federasiyasının rəhbərliyini nüfuzu isə yuxarılarda artmağa başlasın.
İnsafən, Lorenzonun ilk illərdəki çıxışı yaxşı alınmışdı. 2015-ci ildə o, Bakıda keçirilən Avropa Olimpiya Oyunlarının qalibi oldu. Bir il sonra isə Rio Yay Olimpiya Oyunlarında 2-ci yeri tutmaqla karyerasında bugünə qədərki ən böyük uğuru qazandı. Və beləliklə kasıb Kubadan ayrılıb Azərbaycana ayaq basdığı gündən Lorenzonun yuxusunda da görmədiyi, ağlına belə gətirməyəcəyi milyonçular sayağı yaşamı başladı. Təkcə həmin o iki uğura görə dövlətdən, federasiyadan mükafat olaraq ayrılan yüzminlərlə dollar və qısa zamanda burada qazandığı şöhrətin ab-havası Sotomayoru elə hala gətirdi ki, o, özünü nəinki rinqin, elə həyatın da ağası yerinə qoydu. İdman yaddan çıxdı, başladı qızlarla kef, içki məslisləri təşkil etməyə. Ən pisi isə bütün bunları İnstaqramda ictimailəşdirməkdən də utanmadı. Amma işin daha pis tərəfi o idi ki, Lorenzoya bu intizamsızlığına görə cəza verən də olmadı. Bəs, kim verməli idi bu cəzanı? Əlbəttə ki, Azərbaycan Boks Federasiyasının rəhbərliyi...
Belə bir cəzanın olduğunu kimsə xatırlamır. İdmançı isə təkcə yaxşı hazırlıq, infrastruktur yox, həm də ciddi nizam-intizam olan şəraitdə inkişaf edir. Amma belə görünür ki, bu gün boks millisindən daha çox, Boks Federasiyasının özündə işə ciddiyyət yaratmaq lazımdır.
***
Lorenzo bu gün Tokio-2020-də 1/16 finalda uduzaraq mübarizəni dayandırdı. Amma məgər Lorenzo kimilər Azərbaycana ona görə gətirilib, onların hər birinə hər il onminlərlə manat maaş ona görə verilir ki, adam yarış başlamadan uduzsun, yoxsa mükafatçı olsun? Sotomayorun 2016-cı ildən üzü bu yana – son 5 ildə bir ciddi uğuru, bir titulu olmayıb. Bu illər ərzində o, idmançı rejiminə əhəmiyyət verməyib, boksdan kənar həyatı, intizamsızlığı, hə, bir də qadınlar kimi qısa yubka geyinib İnstaqramda poz verməyi ilə yadda qalıb. Və bu rəzalət Boks Federasiyasının gözü qarşısında baş verib. Lorenzo isə qiymətli eksponat kimi federasiya tərəfindən həmişə toxunulmaz olub.
Amma geniş idman ictimaiyyətinin bilmədiyi başqa bir fakt da var ki, yazıya elə bunu qeyd etməklə yekun vururam. 2018-ci ilin dekabrında boks üzrə Azərbaycan çempionatında sensasiyalı nəticə qeydə alınır. Yerli idmançımız Elnur Süleymanov həmin bu Sotomayoru yarımfinalda nokauta göndərməklə məğlub edir. Sonra isə Azərbaycan çempionu olur. Amma 69 kq. çəki dərəcəsində beynəlxalq yarışlara Elnur yox, Sotomayor göndərilir...
Ona görə ki, əvvəla millinin baş məşqçisi Sotomayorun yerlisi olan kubalılardır. Lakin yenə də sual ortaya çıxır: əcnəbi olan kubalı məşqçilər belə qərar verirsə, federasiya rəhbərliyindəki yerli olan azərbaycanlılar bu haqsızlığa niyə göz yumur?
Və...
Sotomayoru nokauta salan həmin Elnur boksdakı bu mühitdən haqlı olaraq incidiyi üçün Azərbaycanı tərk edərək Rusiyaya köçüb. Yəqin ki, hətta boksu atıb da.
Bizi isə Olimpiya Oyunlarında yerli boksçu yox, yenə də kubalı həmin intizamsız Sotomayor təmsil edir. Sotomayor... Boksumuzun ləkəsi Sotomayor...
Aydın Bağırov
[email protected]
Ronaldo qayıtdı - Şəkil
Arteta, Hau, Moyes…
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı