Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar

Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
DÜNYA FUTBOLU 29 Oktyabr 2026 / 14:09 447
-  A +

Dortmund “Borussiya”sı azarkeşləri üçün maraqlı yenilik tətbiq etməyə hazırlaşır.

QOL.az TRT Spor-a istinadən xəbər verir ki, Almaniya klubu matç zamanı mobil telefonlarından istifadə etməyən azarkeşlərini mükafatlandıracaq.

Klubun mobil tətbiqinə əlavə edilən “FanModus” funksiyası vasitəsilə azarkeşlər oyun ərzində telefonlarının ekranını kilidli saxladıqları hər dəqiqəyə görə xal qazanacaqlar.

Ən çox xal toplayan azarkeşlər imzalı futbol formaları və klubun rəsmi mağazasında istifadə edə biləcəkləri hədiyyə çekləri qazanmaq imkanı əldə edəcəklər.


Qarabağ FK
Son xəbərlər
topaz banner