Bu tragikomediya təkcə son 20 gündə bizim futbolda yaşanıb. Yadıma salmaq istəyirəm ki, son illər Azərbaycan hakimliyini bu qədər hörmətdən salan, onun nüfuzunu iki qəpiklik edən qərarlar olmuşdu?
Xatırlaya bilmirəm.
… Əvvəl Əliyar Ağayev “Turan Tovuz”un haqqına girdi.
Bəs, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov nə dedi? “Əliyar səhv edib” dedi.
Amma necə deyərlər, “Turan”a dəyən zərbə artıq dəymişdi. Və nədənsə, bunun məsuliyyətini kimsə üzərinə götürmədi, bir üzrxahlıq belə etmədi.
Üstündən iki həftə keçmiş “Zirə” - “Neftçi” oyununda daha bir hoqqabazlığın şahidi olduq. Bu dəfə baş rolda İnqilab Məmmədovla VAR-da oturan Nicat İsmayıllı idi.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov yenə ədaləti bərpa edirmiş kimi dedi: “Hakim səhv edib”.
Amma indi də zərbə “Neftçi”yə dəymişdi. Görəsən, bu, “Neftçi”dən və onun azarkeşlərindən başqa kiminsə vecinə idimi?
Çətin.
Hakimliyin rəzalət dalğasına dünən “Sabah” - “Qarabağ” oyunu da düşdü. Guya hakim olan Rəvan Həmzəzadə və guya hakim olan Kamranbəy Rəhimov 90+6-cı dəqiqədə “Qarabağ”ın halal penaltisini vermədi.
Yəqin AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov yenə qətiyyətlə deyəcək: “Hakim səhv edib”.
Amma Rəhim Həsənov daha bu gərgin ortamı malalamaqdan qaçsa yaxşı olar. Çünki onun açıqlamaları artıq urvatsız və hörmətsiz olub. Öz hakimlərinin sayəsində.
Qurban Qurbanov isə “Sabah”la oyunun axırında həm də hakimliyin, hakimlərin bərbad vəziyyətinə gülürdü. Amma təkcə hakimliyinmi, hakimlərinmi?..
Aydın Bağırov

Zirədəki 5 qol - Video
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması