Səhər o başdan telefonuma baxanda ora gözlədiyim bir mesajın da gəldiyini gördüm.
Yazan Özbəkistan dövlət xəbər agentliyindən bir həmkarımız idi ki, bu barədə də bir gün əvvəldən mənə deyilmişdi.
O, bugünlərdə İngiltərənin “Mançester Siti” klubuna keçən 20 yaşlı özbək futbolçu Abdukodir Xusanov barədə veriliş hazırladıqlarını söyləyərək, bunun türkdilli ölkələrdən olan Azərbaycanda necə reaksiya doğurması barədə soruşurdu. Bu barədə mənim fikirlərim olan bir neçə dəqiqəlik videonu onlara göndərməyi xahiş edirdi.
Soruşdum: mən cavabları hansı dildə göndərim ki, sizə başa düşməkdə rahat olsun? Ruscamı?
Cavab gəldi: yox, elə Azərbaycan dlində danışın, biz sizi anlayırıq!
Təsirləndim.
O səbəbdən ki, bu faktı çoxumuz bilsək də, yəqin bir çoxumuz da yalnız üzdən bilirik ki, Azərbaycan və Özbəkistan xalqları arasındakı mənəvi bağlar əslində quru sözlərdəkindən daha qüvvətlidir.
Məgər elə bu bircə cümlə - “Azərbaycan dlində danışın, biz sizi anlayırıq!” - həmin o dərin bağlılığın yüzlərlə təsdiqindən biri deyilmi?
Ona görə də həmkarımın da istəyi ilə Xusanov barədəki 3 dəqiqəlik videomu ona yad ruscada deyil, doğma dilimizdə göndərdim.
Bir az keçmiş bayaqdan ancaq həm Türkiyə türkcəsində, həm də Azərbaycan dilində (bəlkə də “Google translate” tərcüməsi ilə) səlist şəkildə yazılı mesaj göndərən həmkarım bu dəfə mənə artıq öz doğma özbəkcəsində səsli mesaj atdı.
O mesajda özbək xalqına xas bir şirinlik, nəzakət, istiqanlılıq, qonaqpərvərlik, bizə bir doğmalıq vardı. Və bunu duymaq, hiss etmək, anlamaq üçün qətiyyən tərcüməçi köməyinə də ehtiyac yaranmadı. Sözlərin hamısı olmasa da, 90 faiz anlaşılan idi.
Buyurun, Bəhruz adlı özbək həmkarımın dediklərini siz də oxumaqla hiss edin:
“Çok teşekkurler. Hemişe sağ olun. Özbeküstona gelün, Toşkente gelün, əlbəttə. İnşallah, Özbeküstanda mehmanım olasüz. Qardaşımız sağ-salamat kalın. Gozel bir şekilde video gonderdiniz, yöneltdiniz. Çok teşekkürler”.
Ola bilər ki, özbəkcə hansısa sözün mənim tərəfdən yazılışı doğru olmayıb. Buna görə üzrxahlıq edirəm. Həm də öz tərəfimdən ona təəssüflənirəm ki, bizə dili ilə, qanı ilə ilə yaxın olan Özbəkistanı və özbək xalqını bu vaxtadək yaxından tanımaq imkanım olmayıb.
İndi oldu. Bundan sonra daha yaxından olar.
Necə deyərlər, heç vaxt gec deyil.
Aydın Bağırov
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı