Qalibiyyət üçün nə lazımdır?
Həm də milli heysiyyat, xalqının və təmsil etdiyin ölkənin təəssübünü çəkmək, onun yolunda can qoymağı bacarmaq.
Bizim milli komandada Eddi İsrafilov ad-soyadında bir beynəlxalq müqəvva var. Yarı anqolalı, yarıazərbaycanlı, özü İspaniya doğumlu.
Eddinin bu gün Belçika ilə oyunda 7 dəqiqə ərzində göstərdiyi unikal “şou” hətta Rusiyanın “Matç TV” kanalının ekspertlərinin də heyrətinə səbəb oldu. Veteran futbolçu İqor Korneyev Eddinin qeyri-peşəkarlığını - elə onun dediyi kimi də ifadə edəcəm - “tupoyluq” adlandırdı.
Ona görə “tupoyluq” adlandırır ki, İsrafilov əvvəlcə 17-ci dəqiqədə qapımıza qolun vurulmasına səbəb olan ötürməni rəqibə hədiyyə etdi, 20-24-cü dəqiqədə isə gərəksiz yerə iki sarı vərəqə alıb (səbəb?) komandanı çətin vəziyyətə qoydu.
Eddi Azərbaycan millisinə Elxan Məmmədov tərəfindən cəlb edilmiş legionerlərdən ibarət sürüdə yer alan onlarla “futbolçu”dan sadəcə biridir. Orada Höccət kimi başqa yadellilər də var. Və o yadellilərin başında duran Canni de Byazi öz azərbaycanlılarımıza sanki qənim kəsilib. Həmin Eddini heç öz klubu “Neftçi”nin məşqçiləri bu mövsüm əsas heyətdə meydana buraxmır, amma millinin rəsmi matçında o, start heyətdə yer alır.
Niyə ki? Məsələn, Eddi yox, elə Coşqun Diniyev oynasın də.
Yaxud iranlı Höccət Haqverdinin hansı özəlliyinə görə bizim Amin Seydiyevdən üstünlüyü var?
Əlbəttə, üstünlüyü oyunu deyil, yalnız arxasının güclü olmasıdır. Hər şeyi öz adıyla çağırsaq, piramidanın başı yenə Elxan Məmmədov və onun menecer çetesidir. Onların De Byazi üzərində güclü təsiri var. Nəticədə eddilər, höccətlər millidə əsas heyətin daimi sakini olublar.
Azərbaycan bu gün həm də buna görə Belçikaya 0:5 uduzdu.
Amma həm də məşqçi sistemsizliyinə görə.
Və həm də komanda daxilində futbolçularla məşqçi arasında pozulan ab-havaya görə.
Və bir də komanda qürurunun olmamasına görə.
Qürur. Təəssübkeşlik. Vətəndaş ola bilmək… Cibində Azərbaycan pasportu gəzdirmək hələ vətəndaş olmaq demək deyil.
Eddilər, höccətlər ağızlarını yalandan da olsa tərpədib bir dəfə belə himnimizi oxumayıblar.
Çünki AZƏRBAYCANLI deyillər. İllərdir burdadırlar. Şan-şöhrət, var-dövlət sahibi olublar, amma azərbaycanlı ola bilməyiblər.
İstəməyiblər. Necə deyərlər, zorla sevgi olmur.
Deməli, artıq vaxtdır. Getmək, daha doğrusu, göndərilmək zamanıdır.
De Byazinin, Eddinin, Höccətin…
Və bu tragikomediyanın milli təəssübkeşlikdən uzaq olan bütün banilərinin…
...Utan, AFFA!
Aydın Bağırov
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar