Həvəsiniz varsa, bir neçə saniyənizi ayırıb, diqqətinizi indi qeyd edəcəyim bu iki məyusedici fakta yönəldin.
Birinci fakt.
AFFA-nın bugünlərdə açıqlanan İnkişaf Strategiyasında qeyd edilir ki, hazırda Azərbaycanda 34 peşəkar statuslu futbol klubunun cəmi 5-nin minimum standartlara cavab təlim-məşq bazası var. Bu o deməkdir ki, 34 klubdan (Premyer Liqa, 1-ci və 2-ci liqa təmsilçiləri) 29-nun bazası yoxdur!
Düz 29-nun...
Aralarında hətta Premyer Liqa təmsilçiləri də yer alıb. İsti-isti yadıma düşənlərdən "Zirə"ni, "Araz Naxçıvan"ı, "Turan Tovuz"u qeyd edim...
"Zirə"ni niyə bu mövsüm avrokuboklarla Liqa mərhələsinə düşmədi" sualının cavabı həm də bazanın yoxluğunda gizlənib.
Gələk, bundan geri qalmayan ikinci betər duruma.
Yenə həmin Strategiyaya istinad edək.
Yazılıb: "Azərbaycanda Uşaq-Gənclər İdman Məktəblərinin (UGİM) cəmi 5 futbol meydançası var".
Cəmi 5…
Bəs, bu Uşaq-Gənclər İdman Məktəblərinə (UGİM) cavabdeh kimdir? Gənclər və İdman Nazirliyinin saytında bu qurumun strukturuna daxil olan UGİM və ya bu yönümlü 32 idman təhsili məktəbinin olduğu qeyd edilir. Amma həmin məktəblərdə vur-tut 5 futbol meydançası var. Təkcə elə bu cırtdan rəqəm nazirliyin futbolun inkişafı üçün necə "əldən-ayaqdan getdiyini" göstərir...
Deməli, uşaq futbolunu düzəltmək bir tək AFFA-nın üzərində də olmamalıdır. Klublar, Təhsil Nazirliyi, xüsusən idmana cavabdeh birnömrəli qurum kimi Gənclər və İdman Nazirliyi əlini daşın altına qoymalıdır.
Yoxsa, hazırlanan yeni Strategiya daha əvvəl qəbul edilmiş Futbolun İnkişafına dair Dövlət Proqramının (2005-2015) uğursuz aqibətini yaşayacaq. Yəni bir proqram onun içində yazılanlarla deyil, yazılanlarların icrası ilə hədəfə çata bilər.
Futbolun İnkişafına dair Dövlət Proqramında başlıca olaraq nə qeyd edilmişdi? Uşaq futbol akademiyaları tikmək. Amma AFFA ilə İdman Nazirliyinin 10 ildə bircə akedemiya yaratmağa istəkləri olmadı.
Bax, həmin proqramı icra etməli olan bu iki qurumun uşaq futboluna biganəliyi, ögey münasibəti illərdir özünü göstərməkdir: nə futbolçu kimi futbolçumuz var, nə də nəticə kimi nəticəmiz.
Ona görə də Azərbaycandan xaricə yaxşı kluba gedənlər yalnız Juninyo, Kadi kimi braziliyalılardır.
Özümüzünkülərin getməsi ilə qayıtması isə bir olur. Darıxdıqlarına görə yox a, klubunda bərkiyə bilmədiklərinə görə. Yoxsa, hamısı yaxşı başa düşür ki, futbolumuzda yel əsib, qoz tökülməyib.
Sonda.
Biz 34 klubumuzdan 29-nun bazasının olmamasının və Uşaq-Gənclər İdman Məktəblərinin cəmi 5 futbol meydançasının olmasının xiffətini çəkdiyimiz vaxtda...
- Qardaşımız Özbəkistanın "Lans"da (Fransa) oynayan 20 yaşlı nümayəndəsi, Daşkənd "Bunyedkor"unun yetirməsi Abdukadir Xusanov Qvardiolanın "Mançester Siti"sinə keçmək üzrədir. Cəmi 100 min avroya alınan futbolçu 50 milyona satılacaq!
Bax belə.
... Xusanovun Azərbaycan futbolçularına və uşaq futbol məşqçilərinə salamı var.
Aydın Bağırov

“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı