Bu bir cümləlik quru, amma önəmli statistikaya diqqət edin: “Qarabağ” 4-cü dəfə Çempionlar Liqasının “pley-off”undadır! Futbolu olmayan ölkənin çempionu futbolu olan ölkələrin komandaları ilə bir sıradadır. Ölkəmizin futbolunun adı hələ də it dəftərinə düşməsə də, "Qarabağ"ın adı futbol dəftərinə düşə bilib.
Qurban Qurbanov dünən "Şkendiya"nı əzik-əzik etdikləri oyundan (5:1) sonra bir maraqlı fikir işlətdi: Çempionlar Liqasının "pley-off"u elə qrupun özü kimidir.
Pley-off-da Norveçin, Avstriyanın, Şotlandiyanın, İsveçrənin, Türkiyənin, Serbiyanın, Danimarkanın təmsilçiləri var.
Biz də varıq. "Qarabağ" da var. Yəni "Kəhər at"lar...

Klubun özünün özünə verdiyi ləqəbdir bu. "Köhlən atlar" yox, məhz "Kəhər atlar". Köhlən at ərəbdən gəlmədir. Kəhər at isə bizə doğmadır. Azərbaycana. Qarabağa.
Çempionlar Liqasında "Kəhər atı" ilə addımlayırıq.
El-obamızın, cıdır meydanlarımızın bəzəyi olub bu atlar. Amma biz yenə də cıdır meydanından futbol meydanına enək.
"Tofiq Bəhramov"a. Kəhər atı orda oynadan "Qarabağ"a.
Legioner hücumçusu olmayan komanda - Çempionlar Liqasında 4 oyuna 10 qol vurub! Orta hesabla hər oyuna 2,5 qol.10 qoldan düz 6-sı ön xətt oyunçularının payına düşür. İstədiyimiz hücumçu yoxdur, amma yaxşı hücum - ön xəttimiz var. Zubir, Kadi, Leandro. Tənqid olunsa belə, gənc Nərimanın dünənki əzmkar, istəkli oyunu, gözəl qolu...
Bu qollardan vur, Nəriman!
Lap gözəl olmasa belə vur... Amma yetər ki, vur. Birin vur, ikisin vur, beşin, onun, on beşin, iyirmisin vur.
"Qarabağ"ın qələbə qollarında braziliyalının, əlcəzairlinin, portuqaliyalının deyil, məhz sənin imzan olsun. Sənin - azərbaycanlı balasının! Əsas heyətdə oynayan sən ol, ehtiyatda yatan əcnəbi.
... 4 oyunda 4 qələbə.
Təsnifat mərhələsində ən çox qalib gələn 3 komandadan biridir "Qarabağ".
4 oyuna cəmi 1 qol buraxıb! Təsnifat mərhələsində ən az qol buraxan komandalardan biridir "Kəhər atlar"...
Demək, ötən mövsüm arxa xətdə mövcud olmuş narahatlıqlar da - hələlik tam olmasa da - amma aradan qalxır.
“Qarabağ” bütün komanda olaraq oyundan oyuna formaya düşür. Qapıçılar, müdafiəçilər, yarımmüdafiəçilər, ön xətt oyunçuları. Yeni gələnlər də komandaya uyğunlaşmağa doğru gedir.

Tezliklə hamının gözlədiyi yaxşı bir mərkəz hücumçusu da gələr. Buna ehtiyac, tələb var ki. Qurban Qurbanov bunu hamıdan yaxşı bilir və görür. İndi bir balaca səbr də vacibdir. Yeni hücumçu gələnə qədər isə necə deyərlər, igidin də haqqını verək.
Qurban Qurbanovun, onun köməkçilərinin, bütün komandanın və klubun idarəetməsinin.
Bəli, "Qarabağ" "pley-off"dadır və istiqamət futbol əjdahaların arasına düşməkdir: PSJ-nin, "Real"ın, "Barselona"nın, "Liverpul"un oynayacağı liqaya.
Növbəti rəqib "Ferensvaroş" "Qarabağ"ın bu mövsüm qarşılaşacağı ən çətin komanda olacaq. Gələn həftə ilk oyundur. 2 həftə sonra isə "Tofiq Bəhramov"dakı cavab matçında bu cütlük yenidən üz-üzə gələcək.
Və inanaq ki, onda biz deyəcəyik: oyunçu aparsın.
Yəni "Qarabağ" aparsın!
Aydın Bağırov

“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Puxaç Polşa klubuna qayıtmaq istəyir
Haalandın aldığı 432 illik kitab sərgiyə çıxarıldı
“Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istəyirlər
Tanınmış jurnalistə bu klubda vəzifə verildi
Afrikada ilin ən yaxşı futbolçusu adına 10 namizəd
“Real”ın futbolçusu Türkiyə ilə oyunu buraxacaq
Van Deyk gələcəyi haqda: "Müqavilə uzadılmasa..."
Kukurelya Arda Gülerdən danışdı
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır