Güclü yağışa görə matç təxirə salındı

Güclü yağışa görə matç təxirə salındı
DÜNYA FUTBOLU 28 Oktyabr 2026 / 18:52 479
-  A +

Türkiyə Kubokunun 3-cü təsnifat mərhələsində keçirilən “Fethiyespor” - “Eyüpspor” matçı təxirə salınıb.

QOL.az xəbər verir ki, buna güclü yağış səbəb olub. “Fethiye İlçe” stadionunda baş tutan qarşılaşmanın ilk hissəsi “Eyüpspor”un 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Fasilə zamanı güclü yağış səbəbindən meydançanın böyük hissəsini su basıb. Baş hakim Birkan Altındaş və köməkçiləri, eləcə də komandaların kapitanları meydançanın vəziyyətini yoxlayıblar. Ot örtüyünün futbol oynamaq üçün yararsız olduğu müəyyənləşdikdən sonra matçın başqa tarixə keçirilməsinə qərar verilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner