Təyyarəmiz Budapeştdən Bakıya qalxmağa hazırlaşanda bələdçinin yerini iki dəqiqəliyə Gündüz Abbaszadə alır. Bir anlıq mənə elə gəlir ki, TV-nin qarşısında oturub əvvəlkitək onun - keçmiş şərhçinin, indiki klub funksionerinin oyunu emosional şərh etməyinə qulaq asacağam. Düzü, Gündüz danışığı ilə elə matçı şərh etmiş kimi olur da. Məlumat verir ki, “bu gün, yəni avqustun 9-da Qurban Qurbanovun “Qarabağ”a baş məşqçi təyin olunmasından düz 14 il ötür…”
Onda mən xatırlayıram ki, Ağdam komandasını qəbul edəndə Qurban Qurbanovun cəmi 36 yaşı vardı, bu gün 50-nin içindədir. 36 yaşında “Qarabağ”a gələndə başındakı olan o qara saç artıq 50 yaşda bir xeyli ağarıb, nəyisə mütaliə edəndə ara-sıra eynək taxdığını belə görürük. Və bu, həm də geridə qalan həmin o 14 illik əzab-əziyyətin nişanəsidir.
Amma hər keçən il özü yaşa dolduqca komandası ruhən, fiziki olaraq yenilənməyə, qocalıqdan gəncləşməyə doğru gedib. Gəncləşə-gəncləşə də Avropanın dəliqanlı bir igidinə çevrilib “Qarabağ”.
Və bu dəliqanlı igidin qanında, ruhunda, oyununda biz Qurban Qurbanovun soyuqqanlılığını, vicdanını və ləyaqətini, “Qarabağ”ın bir klub kimi kübarlıq, nəzakət və mədəniyyətini, nəhayət, qalib Azərbaycanın qeyrətli övladlarının vətənpərvərliyini və cəngavərliyini də görə bilirik. Bax, bu keyfiyyətləri səbəbindəndir ki, “Qarabağ” bir şirkət klubu statusundan ən ali mərtəbəyə - xalq sevgisini qazanmağa kimi yüksələ bilib.
***
Gündüz mini-çıxışını başa vurduqdan sonra yalnız “Qarabağ” klubunun üzvlərini və qonaqlarını daşıyan xüsusi reysdə gurultulu alqış sədaları gəlir. Salonu futbolçuların, ofis personalının bir ağızdan hayqırtı ilə səsləndirdiyi “Qarabağ”, “Qarabağ” sədaları bürüyür.
Məlum, komanda cəmi 2-3 saat əvvəl “Ferentsvaroş”u onun meydanında 3:1 hesabı ilə məğlub edib, Çempionlar Liqasının “pley-off”una vəsiqə qazanıb və 5 illik fasilədən sonra qrupun qapısını döyür.
Udan biz olmuşuq, uduzan macarlar və… ruslar. Rəqibin rusiyalı baş məşqçisi Stanislav Çerçesovun ta əvvəldən “Qarabağ”a yuxarıdan aşağı baxdığını, növbəti mərhələyə vəsiqəni təmin etmiş kimi hər dəfə özünü dartdığını hiss etməmək mümkün deyildi. Bunlar - yəni rusiyalı məşqçilər, futbol mütəxəssisləri, jurnalistləri elə bilirdilər “Qarabağ” kənd komandasıdır (ifadə Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaşeslav Koloskova məxsusdur). Yəni ənənəvi yekəxanalıq, ədəbazlıq. İndi dilləri girib…
Bir həmkarım dünən mətbuat konfransında Qurban Qurbanova elə bunları da nəzərdə tutmaqla onun Stanislav Çerçesovu taktiki baxımdan üstələməsi ilə bağlı fikir səsləndirdi. O isə bir cümlə də olsa özündənrazlıq ifadə etmədi. Əksinə Çerçesov haqda bir məşqçi kimi yenə yüksək fikirlər dedi. Sabah eyni nəticə ilə özünün də üzləşə biləcəyini söylədi. Yəni yüksək insani mədəniyyəni, təvazökarlığını bir daha təsdiqlədi. Amma hamı da bilir ki, Qurban Qurbanov dünən Stanislav Çerçesovu udmaq nədi, onun taktikasını söküb zibil kimi məlum qutuya tulladı.
Qurban Qurbanov və komandası…
Şahruddin Zubir, Vadji, Almeyda, Bəhlul, Bədavi, Qara, meydana çıxan və çıxmayan hamı. Toral, Abbas, Musa, Elvin, Kadi… Kadiyə deyirəm, “supersən”. Bizim dildə bircə sözü saqqız kimi uzadaraq və şirinliklə cavab verir ki, “Qardaaaaaaşşşş….”
Qardaş… Gözəl, isti sözdür. Kaş ki, dünən Budapeşt stadionunda hər biriniz ola idiniz. 30 min macarın arasındakı cəmi 100-150 nəfər azərbaycanlının 90 dəqiqə tribunalardan gələn “Azərbaycan”, “Qarabağ” sədasını bir də orada eşidə idiz. Qələbə insanlarımızı necə birləşdirirmiş… Onda hamı olur elə Kadinin dediyi kimi, qardaş. Doğma qardaş…
Deməli, lazım olanda qardaşlaşa, birləşə bilirik. Bir olanda isə qalib oluruq.
Hərbdə. İdmanda. Şuşada, Qarabağda. Sürixdə, Budapeştdə. Növbədə daha haradı?
Çexiyada Plzen şəhəri?
Aydın Bağırov
Budapeşt-Bakı
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqada debüt edə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi
Mendi milli karyerasını başa vurdu
"Barselona"nın 4 qollu qələbəsi - Video
"Qalatasaray"ın qələbəsi - Video
Toral "Bursaspor"da daha bir oyuna çıxdı
Renat Dadaşov Ukraynada debüt etdi
"Zirə" - "Qarabağ" matçından - Video
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı