Futbolumuz üçün daha bir qara səhifə…
Düz 46 dəfə hücum et, amma bir qol belə vura bilmə. Düz 26 dəfə zərbə endir, biri də qapıdan keçməsin.
Özü də kimin qapısından? Lixtenşteynin!
Tarixlərində ilk qələbəsini bizim üzərimizdə qazanmışdılar. Onda hələ 1998-ci il idi. 28 il əvvəl.
İndi 2026-cı ildəyik. Futbolumuzun yağ-bal içində olan dövründə.
Amma onları indi heç evdə də uda bilmirik.
Bəs, Lixtenşteyn dünya reytinqində neçəncidir? Yüzlükdə deyil! Heç ikiyüzlükdə də deyil!
İki yüzdən də o tərəfdə, 206-cı yerdədir.
Bizdən düz 81 pillə geridə!
Elə 206-cı yerdə olduğuna görə 46 dəfə hücum etdik. Məhz bizdən düz 81 pillə geridə olduğundandır ki, qapılarına 26 dəfə zərbə endirdik.
Heyətində mühəndislər, mexaniklər, satıcılar oynadığına görədir ki, 90 dəqiqə Lixtenşteynin qapısı ağzında ağzımızı ayırıb oturduq. Amma bu 40 minlik balaca bir ölkənin həvəskar komandasına da qol vura bilmədik.
İndi nə deyəsən? Mən ayıb desəm, çox yumşaq çıxacaq…
… Bu komandanın gələcəyi işıqlı görünmür.
Soruşmaq istəyirsən ki, hanı bu millinin qol vurmalı olan hücumçuları, o biri mövqe oyunçuları, amma soruşmursan. Çünki yoxdur, yetişmir, yetişdirə bilmirlər. Əlimizi üzək(mi)?
Bəs, hanı baş məşqçinin olmayan futbol sistemi?
Hardadır bu bir ildə hələ də qurulmayan sabit heyət? Yerli məşqçi deyib az qala bar-bar bağıran biz media, azarkeşlər idik…
Heyf, ümidləri doğrultmursan, Ayxan müəllim.
Bu gün belə olmamalı idi…
Nə sizin üçün, nə də azarkeş üçün...
Aydın Bağırov
“Real”a keçə bilər
Yamal onu təhqir etdi
Modriç Messiyə çatdı
Fransa - Türkiyə matçının heyətləri açıqlandı
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
1-ci liqada həftənin hakimləri məlum oldu
Mərhum futbolçu yad edildi, “Tenerife” qalib gəldi
“Marafon” və “Ağstafa Gəncləri”ndən böyükhesablı qələbə
Əfsanələrin dueli 11 qolla yadda qaldı
“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi
“Çelsi” yenidən şansını yoxlayacaq
Futbolçunun faciəvi ölümündən sonra yoxlamalar başlandı
Zidan Türkiyə ilə oyun öncəsi nikbinliyini qoruyur
“Portuqaliya ən böyük futbolçularından birini itirib”
Poçettino “Mançester Yunayted”də ilkə imza ata bilər
“Tottenhem”dən ayrılmaq qərarına gəldi
“Barselona” Ferminə görə 100 milyonluq təkliflər alıb
Haaland UEFA Millətlər Liqasında öz rekordunu yenilədi
Azərbaycanın U-20 millisi 2 yoldaşlıq oyunu keçirəcək
Yayda "Neftçi"dən ayrılan hücumçu bu kluba keçdi
"Qarabağ"ın qapıçısı İsveç millisinə qarşı oynadı
Portuqaliya millisi üç futbolçusunu itirdi