“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir

“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
DÜNYA FUTBOLU 29 Oktyabr 2026 / 18:35 344
-  A +

“Cenoa”ya məğlubiyyətdən (0:2) sonra “Yuventus”da klub rəhbərliyi, futbolçular və baş məşqçi Luçano Spaletti arasında gərgin toplantı keçirilib.

QOL.az xəbər verir ki, “Gazzetta.it” nəşrinin məlumatına görə, rəhbərlik hazırkı vəziyyəti qəbuledilməz hesab edir və belə davam edə bilməyəcəyini qeyd edib. Bununla yanaşı, məlumata görə, məşqçilər heyətində dəyişiklik nəzərdə tutulmur.

Həmçinin “Yuventus”un futbolçuları sabahdan etibarən bazar günü “Napoli” ilə keçiriləcək oyuna qədər klubun “Kontinassa” bazasında qalacaqlar.

Klub rəhbərliyinin nümayəndəsi Covanni Karnevali Bremer və komanda yoldaşlarından həm nəticələrdə, həm də meydandakı davranışlarında dərhal dəyişiklik etmələrini tələb edib. Futbolçulara klub rəhbərliyinin, sahiblərin və azarkeşlərin gözləntilərini doğrultmalı olduqları xatırladılıb.

Qeyd olunur ki, “Napoli” ilə qarşılaşmanın nəticəsi Spalettinin gələcəyi baxımından həlledici ola bilər.


Qarabağ FK
Son xəbərlər
topaz banner