Təcrübəli futbol adamları ilə fərdi söhbətlərimiz tez-tez olur. Hər birinin futbolumuzun bu günü və sabahı ilə bağlı ciddi narahatlıqları var. Bu gedişlə vəziyyətin daha da pisləşəcəyinin anonsunu onlar da verirlər. Fikirləri həqiqətən əsaslı və diqqətçəkəndir. Amma təklif edəndə ki, bunu sayt vasitəsi ilə azarkeşlər, oxucularla da bölüşün ki, onlar da real durumu mütəxəssisin dilindən eşitsin, əksəriyyəti yazıq kimi deyir: “Sən Allah, məni bu işlərə qatma”.
***
Səbəbləri təxmin etmək çətin deyil. Əslində mövzu heç bu da deyil. Deməli, futbol adamları ilə söhbətlərdən ortaya çıxan ümumi mənzərə budur ki, hələ bu günə şükür etmək lazımdır, sabah daha da pis olacaq. Ona görə pis olacaq ki, futbola məsuliyyət daşıyan AFFA və klublar hələ də uşaq futboluna vecsiz münasibəti davam etdirirlər, problemin mənbəyinin məhz orada olduğunu bildikləri halda bunu həll etmək üçün ciddi addım atmırlar.
Faktlara diqqət edin.
Azərbaycanın “futbolçu fabriki” olmuş Gəncə boyda şəhərdə indi uşaq komandaları cəmi bircə meydançada, daşın-torpağın üstə məşq edirlər. Şəraitsizlik, diqqətsizlik baş alıb gedir. Deyilənə görə, futbol federasiyası uşaqlara forma göndərir, amma gedib onlara çatmır. Yəni vicdansızcasına uşağın payını, haqqını yeyirlər. Gəncə futbolunun kuratoru, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovadır sualım, niyə və bundan məlumatınız varmı?
***
Bu yaxınlarda Nazim Süleymanovun Qol.az saytına müsahibəsi olmuşdu. Bu fikri diqqətimi çəkmişdi: “Olduğumuz bölgələrin birində şənbə günü 10, 11, 12 yaşlı uşaqlar, bazar günü isə 13-14 yaşlı uşaqlar futbol oynayır. Təsəvvür edin, bu beş komandanın isə cəmi bir oyun forması var. 10 yaşlı uşaq formayla oynayır, daha sonra çıxarıb, 11 yaşlı uşağa, həmin uşaq da digərinə verir”. Mən əminəm ki, Azərbaycanın bütün bölgələrində bu acınacaqlı vəziyyət bir-birini təkrarlayır. Və uşaq futbolundakı bu ağır durumu düzəltmək AFFA-nın da, klubların da, Təhsil Nazirliyinin də, nəhayət, ölkə idmanına cavabdeh dövlət qurumu olan Gənclər və İdman Nazirliyinin də vəzifə borcudur.
Növbəti sual isə bu qurumlaradır ki, uşaq futbolunu, futbolumuzu qaranlıqdan çıxarmaq sizin marağınızdadırmı?
Amma başda “Qarabağ” və “Neftçi” olmaqla heç bir klubumuz da yaxasını kənara çəkməməlidir. Onlarla bağlı fikrimiz isə yazının sonunda olacaq.
***
3-4 ay əvvəl bu fikri efirdə səsləndirmişdim, bir daha qeyd etməkdə ziyanlı nəsə yoxdur. Məlum, AFFA-da uşaq futboluna cavabdeh olan canlı bir maket var. 10 ildir Azərbaycanda çalışır. Qeyri-rəsmi xəbərə görə, aylıq 20-30 min arası da maaş alır. İllik 300 minə yaxın. 10 illik qazancı isə üç milyona çatır. Üç milyonun qarşılığında Bernhard Lippert adlı bu yararsız futbol idarəçisinin on il müddətində Azərbaycanda uşaq futboluna bəxş etdiyi futbolçu sayını, fəaliyyətinə qiyməti isə cəmi bircə sözlə ifadə edək: sıfır!
Və Lippertin 10 illik deyil, illik maaşı ilə Azərbaycanda normal şəraiti, forması, topları olan uşaq futbol məktəbi saxlamaq olardı ki, bölgələrdə bizim istedadlı uşaqlar itib-batmasın.
***
10 il sonra nə olacaq? Bu sualın cavabı tək AFFA deyil, bizim hazırkı lider klublar “Qarabağ”la “Neftçi”nin uşaq futboluna biganə münasibətində də gizlənir. Azərbaycan futbolu üçün yetərincə yaxşı büdcələri olsa da, klub rəhbərliyi və baş məşqçilər səviyyəsində onların hər ikisi “Qəbələ” və bir zamanların “Bakı” klubu kimi uşaq akademiyalarına diqqət ayırmırlar. Sanki akademiyadakı uşaqlar ikinci sortdurlar. Və heç kimə sirr də deyil ki, əsas heyətdə çıxış edən 20-21 yaşlı gənclər isə onlara inamdan daha çox AFFA-nın tətbiq etdiyi və Azərbaycan futboluna həqiqətən fayda verən limit qərarına görə oynadılırlar.
Bəli, “Qarabağ” və “Neftçi” bu gün təcrübəli və legionerlərə üstünlük verməklə həm daxildə, həm də xaricdə nəticəyə oynamalıdır. Amma ən çox elə bu iki klub qəbul etməlidir ki, bizim futbolun sabahına görə bir tək AFFA məsuliyyət daşımır. Deməli, bütün futbol sistemi, nəhayət, uşaq futboluna bu laqeydliyə son qoyub axır ki, akademiyaları ilə də lazımınca maraqlanmalıdırlar. Əks halda 10 il sonra da vəziyyətin ən yaxşı halda belə qalacağını təxmin etmək çətin deyil.
Aydın BAĞIROV
[email protected]
Ronaldo 6-cı, Messi 11-ci oldu
Mateta "Yuventus"a keçir
Milli narazı qaldı, CAF-a şikayət ünvanladı
"Atletiko"dan həm qələbə, həm antirekord
Ərəblərdən 18 yaşlı futbolçuya 40 milyonluq təklif var
"Liverpul" İtaliya klubunun müdafiəçisini hədəfə aldı
Millimizin üzvü oynadı, komandası qalib gəldi
Əfsanəvi futbolçunun oğluna "Ayaks"da vəzifə verildi
Emrelinin komandası əzmkar qələbə qazandı
Bu matçda qapılara 3 avtoqol vuruldu - Video
"Beşiktaş"ın futbolçusu millinin oyununda sıradan çıxdı
"Mənə xoş münasibət bəslənilməyən yerdə oynamaq istəmirəm"
“Real”ın qapıçısı İngiltərə klubuna keçə bilər
"Mançester Siti"dən La Liqa klubuna - Rəsmi
"Qəbələ" 7 qolla qalib gəldi
"Bu müddətdə möcüzə yaratmaq mümkün deyil" - Andrey Demçenko
"Araz-Naxçıvan"dan darmadağın
Xabi Alonso Bundesliqa klubunu çalışdıra bilər
“Qarabağ” 2 futbolçu üçün rəsmi təklif göndərdi
Mourinyodan “Real”la bağlı iddialara - Maraqlı cavab
Mbappe Anrini geridə qoydu
Arbeloa: "Peresi tənqid edənlər “Real”ı sevməyənlərdir”
Azərbaycan millisinin 2-ci rəsmi qolu - Video
Afrika Millətlər Kubokunun qalibi müəyyənləşir
“1000-ci qolu vurmaq üçün ən zəif liqada da oynayar”
“Fənərbaxça”dan nümunəvi addım
"Qarşıda bizi çox iş gözləyir" - Rəşad Eyubov
"Qalatasaray"ın xal itkisi - Video
500 min avroluq saatları oğurlandı
"Qalatasaray" heç-heçə etdi, "Başakşehir" qalib gəldi
"Bavariya"dan darmadağın, "Borussiya"dan qələbə
"Barselona"nın baş məşqçisi futbolçularına xəbərdarlıq edib
Afrika Millətlər Kubokunun bürünc mükafatçısı bəlli oldu
FİFA prezidentinin maaşı 4 dəfə artıb
“Bavariya” 17 yaşlı futbolçu üçün hərəkətə keçdi
"Çelsi" evdə qələbə qazandı
"Tottenhem" baş məşqçisi ilə yollarını ayırır?
“Turan Tovuz” ev oyunlarını yenə Bakıda keçirəcək
“Neftçi”də yeni transfer olacaq? - Yuri Vernidub danışdı
Millinin etirazı təmin olundu - Məşq stadionu dəyişdirildi
Mbappe bu göstəricidə yalnız Ronaldodan geri qalır
"Real" "Levante"yə qalib gəldi
“Turan Tovuz”un ilk sınağı uğursuz oldu