“Futbolçularımı təbrik edirəm. Bu matçda layiqli qələbə qazandılar. Baxmayaraq ki, günün ilk oyununda ağır məğlubiyyət almışdıq”.
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycanın U-15 milllisinin baş məşqçisi Famil Xəlilov deyib. Mütəxəssis Bakıda keçirilən FİFA U-15 dünya çempionatı və festivalında C Divizionunda (81-96-cı yerlər uğrunda) Cəbəllütariq üzərində qazanılan 5:1 hesablı qələbəni belə şərh edib:
“Çiliyə məğlubiyyətdən sonra komandada psixoloji durum o qədər də ürəkaçan deyildi. Şükürlər olsun ki, bunun öhdəsindən gələ bildik. Növbəti oyuna hazırlaşdıq və qələbə qazandıq”.
F.Xəlilov futbolçuları haqda müsbət fikirlər səsləndirib:
“İstərdik ki, Çili üzərində qələbə qazanaq, lakin alınmadı. Futbolçuların təcrübəsi çatmadı ki, bu ağır atmosferi qaldıra bilsinlər. Onların növbəti oyunlarda qələbə qazanmaqla təcrübə toplayacaqlarına inanıram. Bu futbolçulara inanmaq lazımdır. Onların potensialı imkan verir ki, gələcəkdə böyük futbolçu olsunlar”.
“Heyətdə rotasiya etməyinizə səbəb komandadakı yorğunluq idi, yoxsa rəqibin Cəbəllütariq olması?” sualını millimizin baş məşqçisi belə cavablandırıb:
“Hər ikisini deyərdim. Sabah da iki matçımız var. Buna görə balanslı hərəkət etməliyik. Çalışmalıyıq ki, həm uşaqları qoruyaq, həm də onların fiziki durumunu nəzarətdə saxlayaq”.
Neymarın cəzası bilindi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir