“Everton” Cek Qrilişi cəzalandırdı

“Everton” Cek Qrilişi cəzalandırdı
DÜNYA FUTBOLU 30 Oktyabr 2026 / 01:04 258
-  A +

“Everton”un yarımmüdafiəçisi Cek Qriliş klub intizamını pozduğu üçün əsas komandadan kənarlaşdırılıb.

QOL.az xəbər verir ki, bu haqda Britaniya mətbuatı məlumat yayıb.

31 yaşlı futbolçu İngiltərə Liqa Kubokunun 1/8 finalında “Nyukasl”la matçın iştirak ərizəsinə də daxil edilməyib. Qarşılaşma “Nyukasl”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Qriliş yay transfer pəncərəsinin son günündə “Mançester Siti”dən icarə əsasında “Everton”a keçib. O, ötən mövsüm Liverpul təmsilçisində icarə əsasında oynayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner