Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi

Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
ÖLKƏ FUTBOLU 28 Oktyabr 2026 / 19:18 3605
-  A +

Bu gün Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında növbəti matçına çıxıb.

QOL.az xəbər verir ki, millimiz C Divizionunda (65-96-cı yerlər uğrunda) günün ikinci matçında Cəbəllütariqlə üz-üzə gəlib. Görüş təmsilçilərimizin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Famil Xəlilovun komandası bundan öncə Çili yığması ilə qarşılaşıb. Hövsan Yarış Kompleksindəki 7B stadionunda keçirilən oyun Çilinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Azərbaycan millisi AF qrupu 3-cü pillədə başa vurub və C Divizionuna vəsiqə qazanıb. Yığmamız qrupda Timor-Lesteyə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner