Vikinqlər dünya çempionatında coşub!
Komanda 28 ildən sonra yenidən qatıldığı mundialda tarixinin ən yüksək nəticəsini göstərərək 1/4 finala qədər gələ bilib.
Skandinaviyanın bu təmsilçisi DÇ-2026-ya qatılan 48 komanda arasında ən rəğbət doğuranlardandır.
Bu dəfə KOMANDA sözünü ayrıca böyük hərflərlə yazıb fərqləndirməyə zərurət duyuram. Çünki Norveç millisi təkcə üzdən canavara bənzəyən Erlinq Haalandan ibarət deyil.
Bəli, ruhuyla, cüssəsi ilə, 194 sm-lik boyu ilə, əzmkarlığı və döyüşkənliyi, cəsur siması ilə bizi xəyalən də olsa 8-10-cu əsrlərə də aparır bu norveçli balası. Dünyaya təkcə futbolçu yox, həm də əcdadlarına xas olan əsl vikinqəm mesajını verir…

İndiki mundialda 4 oyuna 7 qol vuraraq (!) Messi, Mbappe ilə bombardirlər siyahısının önündə birgə addımlayır.
Amma Haaland komanda adlı o əsərin sadəcə qəhrəmanlarından biridir, lideridir, müəllifi isə deyil.
Müəllif dəmir iradəli adamdır!
Stale Solbakkendir!
O, 2001-ci ildə 33 yaşındaykən hələ futbolçu idi. Danimarkanın “Kopenhagen” komandasının futbolçusu kimi məşq edən zaman ürəyi dayanmış, günlərlə komada qalmışdı. Amma bir möcuzə nəticəsində həyata qayıtmağı da bacarmışdı. O vaxtdan ürəyinə tibbdə kardioverter-defibrilyator (ICD) adlanan aparat yerləşdirilib. Hər günü, hər oyunu məhz bu cihazın köməyi ilə keçir.
İndi Solbakkenin 58 yaşı var. 6 il əvvəl, 2020-ci ildən Norveç millisinin baş məşqçi təyin edilib. Amma üç seçmə mərhələdə başlanğıc uğursuz olub: 2 dəfə Avropa çempionatı, bir dəfə isə dünya çempionatının final mərhələsinə düşmək cəhdi alınmayıb. Hər dəfə isə o ciddi tənqid edilirdi. Lakin Solbakkenə ən böyük dəstək verən ölkə futbol federasiyasının qadın prezidenti Lise Klavess olub. O, son Avropa çempionatının seçmə mərhələsindəki uğursuzluqdan sonra belə də demişdi: “Növbəti mundiala düşməsək, özüm də onunla bərabər istefa verəcəm”.
Buna zərurət qalmadığına biz dünən şahid olduq. Solbakkenin altı ilə təzədən söküb-yığdığı bu komanda indi rəsmən dünyanın 8 ən güclü KOMANDAsından biridir. Dünya çempionatının 1/4 finalındadır.
Özü də Ançelottinin baş məqçisi olduğu Braziliyaya qalib gəlməklə! Beşqat dünya çempionuna!
**

2017-ci ilin avqustu, Bakı, "Qarabağ"la oyundan bir gün əvvəl
Stale Solbakken indi okeanın o tayında tarix yazsa da, bir dəfə bizim Azərbaycana məşqçi kimi də səfər edib. 2017-ci ildə bu dəfə oyunçusu deyil, baş məşqçisi olduğu “Kopenhagen”lə. “Tofiq Bəhramov” adına stadionda bizim Qurban Qurbanovun “Qarabağ”ı Solbakkenin “Kopenhagen”inə 1:0 hesabı ilə qalib gəlmişdi. Mahir Emreli vurmuşdu qələbə qolunu. Cavab oyununda Ağdam təmsilçisi uduzsa da (1:2), o vaxt qüvvədə olan səfər qolu qaydası sayəsində futbol tariximizdə ilk dəfə Çempionlar Liqasının qrupuna düşmüşdü.

Mahir Emreli "Kopenhagen"ə qələbə qolu vurur
Bu böyük uğurdan bir il sonra “Qurban Qurbanovla 6 illik müqavilə bağlayıb” deməklə Azərbaycan millisinə baş məşqçi təyin etdilər. Amma heç bir ili tamamlanmamış istefaya göndərmişdilər.
Beləliklə, Qurban Qurbanov öz əsl KOMANDAsını sonradan da Azərbaycan millisi ilə yox, “Qarabağ”la yarada bildi.
Millidə 6 il işləməyə şans qazanan Stale Solbakken isə Norveç millisi ilə…
Aydın Bağırov

Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu