“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya”ya məğlubiyyəti məyusluq yaradıb. Amma çox təəssüflənməyə də dəyməz. Axı, komanda mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirməli olacaq ki, bu da sambalı, kifayət qədər nüfuzlu, güclü komandaların mübarizə aparacağı bir yarışdır. Bu adlar özü çox şeyi deyir: “Roma”, “Mançester Yunayted”, “Arsenal”, “Latsio”... Böyük beşliyi təmsil digər ölkələr – İspaniya, Almaniya, Fransanın köklü klublarını da bura əlavə etsək, mənzərə tam aydınlaşacaq.
Bəli, “Qarabağ” ÇL-in qrupuna düşə bilmədi, amma yarışın bu dörd mərhələsi bizim yerli futbolçularımız üçün də yaxşı imtahan, ciddi bir dərs oldu. Gənc Toral Bayramov, Elvin Cəfərquliyev (hər ikisi 21 yaş) bu matçlarda həvəslə çıxış etdilər, komandaları üçün canlarını qoydular. Düzdür, həyəcan, təcrübəsizlik və bu səbəbdən də buraxılan səhvlər də az deyildi. Bu da normal qarşılanmalıdır. Unutmayaq ki, bu iki gənc oyunçumuz hələ böyük futbolun başlanğıcındadırlar. İstedad və potensialları var. Bu amillər, eləcə də Qurban Qurbanovun rəhbərliyi altında oynamalarına görə ümid yaranır ki, onlar yaxın gələcəkdə Avropadakı nüfuzlu yarışlarında adlarından söz etdirəcəklər.
Əsas odur, erkən gələn şöhrətə aldanmasınlar. Yoxsa karyeraları puç ola bilər.
“Qarabağ”da daha iki oyunçu var ki, onlara da xüsusi diqqət yetirməliyik: Bəhlul Mustafazadə və Musa Qurbanlı.
Mərkəz müdafiəçisi Bəhlul “Qarabağ”a 2021-ci ilin iyununda transfer olunmuşdu. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Bəhlulun buna qədər çıxış etdiyi klublarla yanaşı əsas millimizdə bir neçə uğurlu oyunu olmuşdu. Bu faktlar, eləcə də ondakı yüksək potensiala görə Mustafazadə “Qarabağ” kimi komandaya gətirildi. Amma ilk mövsüm bu mərkəz müdafiəçimiz Kevin Medina, Bədavi Hüseynov, Maksim Medvedyev kimi daha təcrübəli futbolçularla rəqabətdə uduzurdu. Bununla belə, yerli çempionatın oyunlarında əsas heyətdə yer aldığı matçlar da olurdu.
Bəhlul Mustafazadə karyerasında ilk dəfə məhz 2022/23 mövsümündə Çempionlar Liqası kimi böyük bir yarışda debüt etdi. Debüt oyununu bəxtlə də əlaqələndirmək olar. “Sürix”lə İsveçrədəki cavab matçının 90-cı dəqiqəsində Bəhlul zədələnən Maksim Medvedyevin əvəzinə meydana daxil oldu. Çox kritik bir anda. Bununla yanaşı, həmin görüşə əlavə olunan 7 və 20 dəqiqə əlavə vaxtı da hesablasaq, 27 dəqiqə müsbət təsir bağışladı. Təbii ki, müəyyən mikro səhvlər, bəzən Bədavi Hüseynovla anlaşılmazlıq da var idi. Bunu həm “Sürix”, həm “Ferentsvaroş”la üçüncü mərhələnin, həm də “Viktoriya” ilə pley-off matçlarında görmək olardı. Amma bütün bunlarla yanaşı, onun belə məsul görüşlərdə özünə yüksək inamı, təkbətək mübarizələrdə qətiyyətli oyunu, hava toplarında tez-tez rəqiblərinə qalib gəlməsi kimi müsbət qiymətləndiriləcək məqamlar da az deyildi. Medina və Medvedyev zədələndikdən sonra “Qarabağ”a yeni mərkəz müdafiəçisinin transferi ilə bağlı fikirlər də artmağa başlamışdı. Lakin bu günlərdə Qurban Qurbanov bildirdi ki, bizə bu mövqeyə futbolçu lazım deyil. Qurban Qurbanovun nəyə işarə etdiyini başa düşmək çətin deyil. Axı, Bədavi və Bəhlul geridə qalan oyunlarda zədəli futbolçuların yoxluğunu çox hiss etdirmədilər. Əksinə Bəhlul təcrübəli Maksim Medvedyevə rəqabətdə qalib gələ biləcəyini ortaya qoydu.
ÇL-də Bəhlul üçün geridə qalan 5 matç onun yenidən dirçəlişinin göstərisicidir. Bundan sonra hər şey onun oyunu ilə yanaşı, həm də iradəsindən asılı olacaq. Bu mənada, Avroliqanın qrupundakı gələcək matçlar Bəhlul üçün yeni bir imtahandır. Necə deyərlər, bundan gözəl şans bir də nə vaxt yaranacaq?! Yenə göstərsin özünü, olsun əsas heyətin daimi üzvü. Potensialı, istedadı var, boy-boxunu əla, fiziki göstəriciləri də onun kimi... Bundan sonra qalır, xarakterini nümayiş etdirməsi ki, Bəhlul buna qadir oyunçudur.
Və gələk Musaya.
Artıq onun Avropada da yer almasının zamanı çatıb. Təbii ki, əsas heyət oyunçusu kimi oynaması tez və riskli olar. Amma məsələn, dünən “Viktoriya” ilə matçda Vadjinin yerinə sonradan oyuna girən və varlığı ilə yoxluğu bilinməyən Ovusudansa Musanın oynamasının nəyi pis olardı ki?
Qurban Qurbanov bugünlərdə dedi ki, hələlik Musa belə matçlar üçün hazır deyil, hazır olanda buraxılacaq. Amma belə sezilir ki, o, Musaya münasibətdə yenə də məşqçisi yox, atası kimi yanaşır. Oğlunun meydanda olmasının tərəfkeşlik kimi başa düşüləcəyini güman edir. Amma siz statistikaya baxın: Musa ötən mövsüm Premyer Liqada 15 oyuna 8 qol (üstəgəl 5 qol ötürməsi), yeni mövsümdə isə 2 oyuna 2 qol vurub.
Musa təcrübə baxımdan Vadjidən geri qala bilər, bu təbiidir. Amma bu o demək deyil ki, o, dalbadal 2 mövsümdür avrokubok oyunlarına azarkeş kimi baxmalıdır. Toral Bayramovla Elvin Cəfərquliyev avrokuboklarda daimi oynayanda Musadan gənc, ya da eyni yaşda idilər. Musanın qol vurmaq bacarığı varsa və vurursa, boyu-buxunu da maşallah, bir hücumçuya xas tərzdədirsə, fiziki göstəriciləri də yerindədirsə, onda o, niyə oynamamalıdır? Deməli, Qurban Qurbanov sırf Azərbaycan futbolunun mənafeyi naminə artıq Musaya Avropa Liqasının qrup oyunlarında da şans verməlidir...
Çünki bu, artıq mənəvi yox, peşəkar bir məsələdir.
Aydın Bağırov
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi