Bu sualın cavabı qalsın yazını gedişatına.
İndi isə ondan başlayım ki, martın 26-da Azərbaycan və Türkiyənin müasir futbol brendləri Bakıda üz-üzə gələcək.
"Qarabağ" və "Qalatasaray"...
İllərdir arzulanan bir oyun.
Lap xeyriyyə məqsədli yoldaşlıq, daha doğrusu, qardaşlıq görüşü olsa belə, fakt dəyişmir. Milyonlarla Azərbaycan azarkeşi gör neçə vaxtdır "Qalatasaray"ın yolunu gözləyir. Düzdür, "aslanlar" 2020-ci ilin sentyabrında "Neftçi" ilə də Avroliqa oyunu üçün Bakıya gəlmişdi. Amma onda pandemiyaya görə tamaşaçıların stadiona girişinə icazə yox idi. Bu qadağa artıq çoxdandır aradan qalxıb. Deməli, bu dəfə tribunaları onminlərlə insanın dolduracağına da şübhə yoxdur.
"Qarabağ" - "Qalatasaray" oyunu...
Özündə həm də böyük bir qəmin ağırlığını, kədərini daşıyacaq oyun.
Bəli, bu matçın Bakıda təşkil olunmasının yeganə bir səbəbi var: Türkiyədə fevralın 6-da baş vermiş dəhşətli zəlzələdən zərər çəkən qardaşlarımıza yardım etmək. Daha doğrusu, əldə ediləcək bütün gəliri onların ehtiyacına sərf etmək. Yəni xeyriyyə görüşündə nə "Qarabağ"ın, nə də "Qalatasaray"ın maddi qazancı olacaq.
Ona görə də bilet istəməyin, bilet alın...
Bəli, hələ də insanlarımız var ki, artıq indidən klubdan, futbolçulardan "mənə bilet təşkil elə" kimi xahişdə bulunurlar. Özü də imkanı, bahalı maşını, son model telefonları olan adamlar... Məndə olan məlumata görə, "Qarabağ" klubu minlərlə biletə cəmi 3-5 manat qiymət qoyub. Bu biletə həm oyuna canlı baxmaq olar, həm də Türkiyəyə vəfa borcunu yerinə yetirmək.
Və indi sizi çox yormadan gəlim o məsələyə ki, "Qarabağ" "Qalatasaray"ı Bakıya necə gətirib? Əslində, bu iki komandanın Azərbaycanda yoldaşlıq görüşündə qarşılaşması ideyası yeni deyil. Klublar arasında hələ bir neçə il əvvəldən Avropa Klublar Birliyindəki münasibətlər zamanı sıx əməkdaşlıq başlayıb. Elə o vaxtdan zaman-zaman yoldaşlıq oyunu ilə bağlı fikir mübadiləsi olub. Amma hər iki tərəfin gərgin təqvimi səbəbindən bu matç alınmayıb. Türkiyədəki zəlzələdən sonra, təxminən 10 gün əvvəl isə "Qarabağ" bu dəfə xeyriyyə oyunu ilə bağlı "Qalatasaray"a təklif irəli sürüb. Həmin vaxt İstanbul təmsilçisi Almaniya və Macarıstan klublarından yoldaşlıq görüşü üçün təklif alsa da, məhz Azərbaycan tərəfinin dəvətini qəbul edib..
Əlbəttə, bu məqamda iki klub arasında formalaşmış dostluq əlaqələrini, "Qalatasaray"ın timsalında Türkiyənin tarixi və nəhəng klubunun "Qarabağ" rəsmiləri, onun rəhbərliyinə isti münasibətini də qeyd etməliyəm. Ona görə ki, necə deyərlər, bəzən (xaricdən) kənardan hər şey daha yaxşı və professional görünür. Klub işi də, komanda oyunu da, məşqçi əziyyəti də.
Əzəmətli "Qalatasaray"ın gördüyü kimi.
Bu yazımı isə özümün yox, hörmətli publisistimiz İradə Tuncayın bu günlərdə Feysbukda yazdığı fikirlərlə tamamlayıram.
" İspaniyadakı binaların möhtəşəmliyinə baxıram. Həqiqi möhtəşəmliyə ,burda addımbaşı yazılan möhtəşəm yox. TV dən izləyirəm yəni. Futbol komandalarının adların çəkirlər mətndə. Fikirləşdim... Binaların qüllələri göylərə dirənən ölkədə futbol da göylərdə uçacaq da. Yazıq Qurban... Komalarda yaşayan toplumun arasında Avropaya futbol komandası çıxara bilib... Və danlayırıq..."
Aydın Bağırov
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı