… Beləliklə, Krakovdan - Polşanın ikinci böyük, həyat eşqi ilə qaynayan bu şəhərindən ölkənin başqa bir şəhərinə - Çenhstohovaya yola düşürəm.
Yol da nə yol. İpək kimi yol…
Və bu yolla sərnişinləri aparan yaşı 35-ə ancaq çatan və fikrimcə, hər bir zövqlü kişinin ürəyinə yata biləcək hündürboylu gözəl qadındır. Bəlkə də nə zamansa model olası qız imiş. İndi hansısa səbəbdən o, ictimai nəqliyyatda sürücü işləyir. İdarə etdiyi mikroavtobusu da iki maşının keçə biləcəyi dar şosse ilə rahatlıqla Formula-1 çempionu Luis Hemilton kimi elə sürətlə sürür ki, sanki sunamidən qaçır. Lap Hollivud filmlərindəki kimi. Amma indi film çəkilişlərində deyil, real həyatda olduğumdan narahat olmaya bilmirəm. Və onda telefonuma, adı mənə qəribə görünən bir ünvandan ingiliscə həyəcanlı mətn gəlir:
“Xəbərdarlıq! Bu gün və sabah (24/25 iyul) dolu, güclü küləkli tufan gözlənilir. Ehtiyatlı olun və əşyalarınızı qoruyun”.
Ehh insanın hər addımını, həyatını düşünən gözəl Avropa. Səndən nümunə götürüləcək nə qədər yaxşı şey varmış…
Cəmi 5-6 saat sonra həmin bu mesajın quru sözlərdən - işə, ruslar demiş, sadəcə qaloçka qoymaqdan ibarət olmadığına şahid oluram.
Siz də izləyin, siz də şahid olun…
Bura artıq həmin şəhərdir - adı üç gündür hələ də dilimə yatmayan Çenhstohova.
Köhnə qitədəki balaca şəhər…
Azərbaycanın çempionu “Qarabağ”ın ilk dəfə qədəmlərini qoyduğu şəhər…
Və bu şəhərdə üç gündür hər gün fasilələrlə yağış yağır. Elə indi də, mən səhər o başdan bu qeydləri edərkən də… İstilik isə günorta 28 dərəcədən o tərəfə keçməyib.
Yayda payızdır sanki. Donuram :))
***
Cəmi 220 min əhalisi olan kiçik Çenhstohovanı böyük futbolda “Rakov” adlı komanda təmsil edir. Tarixlərində ilk dəfə bu il Polşa çempionu olublar. Paytaxt təmsilçisi “Legiya”nı, əvvəlki çempion Poznan “Lex”i geridə qoyaraq. Çempionlar Liqasında debütləridir. “Flora”nı keçməklə birinci mərhələni uğurla adlayıblar və bizim “Qarabağ”a rəqib olublar. Amma bu uğurlu faktlar hələ o demək deyil ki, şəhər futbolla alışıb yanır. Ümumiyyətlə, bu 3 gündə burada qarşıma nə fan-şop, nə bugünkü “Rakov” - “Qarabağ” oyununa dair afişa, reklam çıxıb.
Bir sözlə, şəhərdə tamamilə sakitlikdir - və tək futbol mənasında da deyil. Hər halda dünən axşama qədərki ilkin təəssüratım odur ki, yalnız yerli stadion burada komandanın olduğunun nişanəsidir.
Stadionun isə cəmi 5500 tamaşaçı tutumu var. “Rakov” üçün müsbət məqam odur ki, bütün tribunalar meydana yaxındır və bu, fanatların oyuna, futbolçuya psixoloji təsir etmə imkanını artırır. “Miejski Stadion Piłkarsk” Avropada bir çox kiçik şəhərə xas olan arenalardakı kimi dəbdəbədən tamamilə uzaqdır.
Yəni skybox yoxdur, VİP və media tribunasının durumu aşağı səviyyədədir.

Amma nə olsun? Futbolu ki, dəbdəbə yox, futbolçu oynayır. Dəbdəbə oynasa idi onda gərək biz Avropa və dünya çempionatlarının final mərhələsinə yüksələ idik. Nə qədər desən gözəl stadionumuz var Bakıda… Futbolda elə Bakıda da ilişib qalmışıq.
Son illər Bakıdan çıxıb Avropada tanınan tək komandamız “Qarabağ”dır. Hərçənd mənim özümdə bugünkü oyun, ümumən cütün taleyi ilə bağlı bir az narahatlıq vardı və düzü, hələ də qalmaqdadır (heyətə görə). Dünən mətbuat konfransında Qurban Qurbanova bununla bağlı sualım da oldu. O, rəqibin gücünü, səviyyəsini qeyd etməklə yanaşı inamlı danışaraq narahatlığı başa düşdüyünü, amma buna səbəb olmadığını da söylədi…
Əlbəttə, “Rakov” “Linkoln” deyil, qarşımızda daha güclü rəqib olacaq. Amma bir detalı da unutmayaq ki, “Qarabağ” son 9 ildə qatıldığı avrokuboklarda hər mərhələdən mərhələyə oyununda artıra-artıra gedib. Bu dəfə də belə olacaq, yoxsa ənənə pozulacaq? Nə “hə” demək olur, nə də “yox”.
Hələlik dünəndən gördüyüm ümumi ab-havadan isə yalnız onu qeyd edə bilərəm ki, “Qarabağ” düşərgəsində bu gün rahatlıq, güclü özünəinam var. Taktiki məsələləri isə Qurban Qurbanov özü düşünüb… Mətbuat konfransında qeyd etdiyi kimi, rəqiblə bağlı hər şeyi açıb danışmağa ehtiyac yoxdur…
Deməli, hamımız səbr edib axşamkı oyunu gözləyək. Və yaxşı nəticəyə, Polşa ilə davam edən Çempionlar Liqası yolçuluğunun qısa deyil, daha uzun olacağına inanaq.
Aydın Bağırov,
Çenhstohova, Polşa
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər