Axırıncı dəfə iki klubumuz avrokuboklarda üçüncü mərhələyə 2017-ci ildə çıxmışdı. Bundan bir il əvvəl isə “Qarabağ” və “Qəbələ” Avroliqada qrupda da oynamışdı.
Həmin “Qəbələ” 4 il əvvəl məğlub etdiyi Tiflis “Dinamo”suna indi 2 oyunda 5 top fərqlə uduzur. Elə birinci mərhələdə də mübarizəni dayandırır. Ona görə ki, klubun, komandanın maddi və mənəvi durumu yaxşı deyil. Yaxşı olacağına ümid də yoxdu. Baş aldatmayaq. Yeni mövsümü sona qədər yola versələr, böyük işdi. Amma belə əla infrastrukturu, akademiyası olan klub başlı başına buraxılmamalıdır. “Qəbələ”ni bu ağır durumdan çıxarmaq üçün klub rəhbərliyi və sponsorlar birgə nəsə bir iş görüb çıxış yolu tapmalıdır. Yoxsa yeni mövsümdən futbolumuz üçün bu qədər yaxşı işlər görmüş klubdan əsər-əlamət belə qalmayacaq.
***
Bu mövsüm “Qarabağ”ın ardınca "Neftçi" də Avropa kubokunda üçüncü mərhələyə yüksəldi. Şəxsi fikrimdir: "Arsenal" hazırkı mövsüm Azərbaycan klublarının qarşılaşdığı ən güclü rəqib idi (avrokuboklarda debütant olmasına baxmayaraq). Həm maddi imkanına, həm səviyyəsinə, həm də təmsil etdiyi ölkənin çempionatının güclü olması baxımından. "Neftçi" "Arsenal"ı hər iki matçda məşqçisi Roberto Bordinin zəkasına görə uddu. Komanda həm taktiki, həm fiziki, həm də psixoloji mənada rusları üstələyərək layiqli uğur əldə etdi. Ardıcıl dörd qələbə, on üç qol vurub, dörd oyuna bir qol belə buraxılmaması isə bizim üçün ibrətamiz və ilk faktdır. Müdafiə xəttini qeyd edək. Voislav Stankoviç, Kirill Petrov, Anton Krivatsyuk və bizim Ömər Buludov. Stankoviç təcrübəsi ilə həmişə fərqlənib. Əla müdafiəçidir. Dublikatı olaydı kaş ki. “Qarabağ” alardı...
"Neftçi" özünə gəlir. Klubdan haqlı olaraq incik düşmüş azarkeşlər tribunalara qayıdır. Super atmosfer yaradırlar. Yeri gəlmişkən, "Neftçi" niyə son 4 ildə pis vəziyyətdə idi?
Ona görə ki, sponsorları və AFFA-nın rəhbərliyi səriştəsiz və bacarıqsız adamları (futbol üçün) "Neftçi"nin rəhbərliyinə təyin etmişdi. Müşahidə Şurası adında mənasız və lazımsız bir struktur yaradılmışdı. İdarəetmə sistəmində anarxiya yaranmışdı. Xaricdə qarşılarına kim çıxırdı, transfer adıyla “Neftçi”yə gətirirdilər: Avropada zapravkada işləyən afrikalı miqrantları da, karyerasının qürub çağında olan tullantı futbolçuları da. Təkcə bu transferlərdən yüzminlərlə (bəlkə də daha artıq) dollar pul yeyildi. Klubun idarəetməsinə, nüfuzuna ciddi zərbə vuruldu. Səhvlərini başa düşüb sonra yenə öz adamlarını prezidentliyə gətirdilər. İnsafən, AFFA-nın kadrı olan Kamran Quliyev Çingiz Abdullayev-Elnur Məmmədov cütlüyü və Orxan Hüseynzadədən uğurlu kadr oldu. İşgüzar biridir, futboldan anlayışı var. Kadr seçimi (idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin) ümumən özünü doğruldur. Amma eyni zamanda qüsurları da olmamış deyil. Məsələn, kinli biridir, bəzən vəzifəsinə xas olmayan cılız addımlar da atır. Bu da nüfuzunu zədələyir. Daha pisi bu deyil. Odur ki, deyilənə görə, AFFA rəhbərliyindən neçə vaxt ona da təzyiqlər olub. Çünki şəxsi münasibətlər soyuyub. Əgər həmin soyuqluq davam edirsə, bu, “Neftçi”nin inkişafının qarşısını ala bilər. Kənar müdaxilələrin futbolumuza nə qədər zərbə vurduğunu təkrar etməyə ehtiyac yoxdur.
Hələliksə “Neftçi”nin bundan sonra İsrail “Bney Yehuda”sını da keçmək üçün əla imkanı var. Hər halda “Arsenal”dan çox güclü sayıla bilməz. Ötən yazımda qeyd etdiyim bir fikri yenə təkrarlayım: belə oyun, belə əzmkarlıq, belə məşqçi işi ilə "Neftçi"nin yeri Avroliqanın qrupudur...
***
İki klubumuz avrokuboklarda üçüncü mərhələdədir. Ölkə futbolundakı canlanmanı hiss edirsiniz? Əvvəl “Qarabağ”, sonra “Neftçi”... Hər iki klubun böyük azarkeş ordusu var. İndi təsəvvür edin, iki klubumuz yenidən avrokubokların qrupuna düşüb. Yaxşı mənada nə qədər böyük ajiotaj yaranacaq. Amma reallıqdan çıxış edək. “Qarabağ”ın həqiqi durumu necədir? Hə, Çempionlar Liqasında iki mərhələ adlayıb. Amma Qurban Qurbanovun komandası üçün əsas sınaq Kipr “Apoel”i ilə səfərdəki oyundan başlayır. “Dundalk”la Bakıdakı 3:0 hesablı qələbə heç kimi aldatmasın. “Apoel” “Partizani” və “Dundalk”dan iki-üç baş güclü komandadır. Bahalı oyunçular var (22 yaşlı Əl Tamari, 2 milyon avro).
Həm də “Qarabağ”da narahatlıq doğuran məqamlar az deyil. ÇL-dəki dörd oyun göstərdi ki, mövsümün əvvəli olduğundan ümumən avrokuboklara hələ tam hazır deyillər (əvvəlki illərdə də belə idi). Yeni legionerlərdən Ailton və Xayme yaxşı təsir bağışlayir. Amma gəl ki, “Qarabağ”a yalnız 70-80 faiz uyğunlaşıblar. Tez-tez əsas oyunçular zədələnir. Komanda çətin vəziyyətə düşür. Digər iki legioner – hücumçu Maqeye və müdafiəçi Faysal lazımi fiziki formada deyil. Ona görə oyunlara buraxılmayıb. Bu mənada, son iki futbolçu barədə hələlik fikir yürütmək erkən olar. Amma Ailton və Xayme “Qarabağ” üçün uğurlu ola biləcəklərini öz oyunları ilə təsdiqləyirlər. Belə görünür ki, məşqçilər heyəti ötən il transfer siyasətində buraxılan səhvlərdən nəticə cıxarıb. Bu dəfə futbolçu alarkən daha diqqətli qərar veriblər.
Ümid edək, Maqeye Dino Ndlovunun gedişindən sonra hücum xəttində hələ də davam etməkdə olan problemi həll edə biləcək. Əks halda...
... Pis şeylər haqda düşünməyək.
Aydın BAĞIROV
[email protected]
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı
Messi Zambiyaya qarşı meydana çıxacaq
Arteta London klubunda qalacaq
"Yuventus" "Mançester Yunayted"in futbolçusuna göz dikdi
PSJ, "Bavariya", yoxsa Səudiyyə Ərəbistanı?
"Sumqayıt"ın Ronaldosu millidə növbəti matçına çıxdı
Azərbaycan millisinin Syerra Leone ilə oyun üçün heyəti
2-ci liqada fantastik hesab - 14:0!
“Mançester Yunayted” Tonali ilə danışıqlara başladı
Azərbaycanın U-17 millisi sonuncu oyununda da heç-heçə etdi
"Qarabağ" uşaqlara da jest etdi
UEFA-dan azərbaycanlı referiyə ilk baş hakim təyinatı
Tudor ən tez qovulan məşqçilər siyahısında
“Normal nəfəs ala bilmədiyimi başa düşdüm” - Luçesku
"Tottenhem"in yeni baş məşqçisi o olacaq
“Syerra Leone zəif rəqib deyil” – Rauf Əliyev
İran FİFA-ya müraciət etdi
Lukaku "Napoli"dən gedir
Azərbaycan – Syerra Leone matçının hakimləri açıqlandı
UEFA-dan Janna d’Ark cəzası! - Video
Bu mövsüm “Qarabağ”a uduzmuşdular - Baş məşqçini göndərdilər
Cermeyn Defo baş məşqçi təyin olundu
Mbappe azarkeşi mühafizəçinin əlindən aldı - Şəkillər
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
Millimizin rəqibi “FİFA Series”in qalibi ola bilmədi
Kolumbiya - Fransa matçında 4 qol
"Şamaxı”nın legioneri darmadağında iştirak etdi
“Quba”dan səfər qələbəsi - Video
Litva Gürcüstana məğlub oldu
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək