... Beləliklə, bu gün "Neftçi"yə baş məşqçi təyin olundu. 44 yaşlı rumıniyalı Adrian Mutu ilə 2 illik müqavilə imzalandı.
İlk dəfədir ki, "Neftçi"nin yeni baş məşqçisini ictimaiyyətə SOCAR-ın prezidenti təqdim etdi. Əvvəllər bu işi bir qayda olaraq klubun prezidentləri görürdü. Amma bu dəfə "Neftçi" rəhbərliyi ofsayda qaldı (ən azı fotolarda). Ön plana Müşahidə Şurasının sədri və SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxdı.
Güman etmək olar ki, yayılan görüntülər həm də yaxın vaxtlarda "Neftçi" rəhbərliyində dəyişiklərin olacağının mesajıdır.
O ki qaldı Adrian Mutuya, əvvəla rumıniyalının məşqçi kimi böyük bir uğuru olmayıb. Rəhbərlik etdiyi heç bir klubu avrokuboklara çıxara bilməyib. Bundan başqa, yaxın illərin təcrübəsi də göstərir ki, Azərbaycanda çalışmış rumın məşqçilərin kiçik istisnalarla burada önəmli uğuru olmayıb.
Düzdür, ayına 50-55 min avro maaş alacağı bildirilən Mutunun burada mutlu olacağı şübhə doğurmur. Amma əsas məsələ budur ki, bu təyinat və onun nəticələri "Neftçi" ailəsinə - onun azarkeşlərinə sevinc, mutluluq gətirəcəkmi? Yeni mövsümdə komanda çempion olacaqmı? "Qarabağ" və daha da güclənən "Sabah"la rəqabət necə aparılacaq? Konfrans Liqasında qrupa düşmək nədir, 1-2 mərhələ adlamaq mümkün olacaqmı? Suallar əlbəttə ki, çoxdur. Cavab isə odur ki, hələlik "Neftçi"nin komanda olaraq ağır durumu, idarətetmədəki qeyri-müəyyənlik, nəhayət, Adrian Mutunun CV-si müsbət nəsə deməyə əsas vermir.
Elə isə niyə məhz Mutu?
Cabab sadədir: yəqin SOCAR rəhbərliyi Mutuda bizim bilmədiyimiz hansısa xüsusi, gözəgörünməz keyfiyyəti görüb ki, onu böyük bir klubumuza baş məşqçi gətirib. Hər halda yeni mövsümdə hər şey üzə çıxacaq. Necə deyərlər, yaşayarıq, görərik.
Biz isə ona ümid edək ki, bu dəfə gələn gedənə rəhmət oxutmayacaq və Mutunun təyinatı "Neftçi"dəki kədərli gedişatın davamı deyil, yeni - uğurlu dövrün başlanğıcı olacaq.
Aydın Bağırov
Keyn ərəb klubuna keçir?
PSJ-dən “Liverpul”a
"Qarabağ"dan mövsümün ilk oyununda qələbə - Video
Qurban Qurbanov Sefasın durumundan danışdı
“Zamanla daha yaxşı “Şamaxı” görəcəyik” - Azər Bağırov
“İlk oyundan bizim üçün böyük siqnal oldu” - Qurban Qurbanov
Bəhlul 6 aydan sonra meydana qayıtdı - Video
“Qarabağ” mövsümə qələbə ilə start verdi
Messinin komandası hakimin cəzalandırılmasını tələb edir
“Real”ın yetirməsindən rekord transfer
"Bavariya" səhmlərini satışa çıxarır
Neymar yeni qaydanın tətbiq olunduğu ilk futbolçu oldu
İnfantinonun yenidən seçilməsinə etiraz etdilər
"Qarabağ" - "Şamaxı": Heyətlər
Arda Turan bombalar altında yaşadıqlarını danışır - Video
Luis Enrike: “Gördüklərimdən razıyam, nəticədən yox”
İtaliya klubunun futbolçusu xəstəxanalıq oldu
"Qarabağ"da şok itki
Buskets “Barselona”ya məşqçi kimi qayıtdı
"Yuventus"dan yeni transfer