(Mini-futbol millimizin Avropa çempionluğuna həsr olunur)
2012-ci ilin yayıdır. “Neftçi” futbol tariximizdə ilk dəfə Avropa Liqasının qrupuna vəsiqə qazanır. Prezidenti Sadıq Sadıqov, vitse-prezidenti Tahir Süleymanov, baş məşqçisi Böyükağa Hacıyev olan komanda. Klub SOCAR-dan maliyyələşsə də, rəhbərlik xarakter göstərib AFFA-nın komandaya təsirini minimuma endirir. Avropada, yerli liqada uğurlar qazanılır.
Sonra Sadıq Sadıqov təklənir, Rövnəq Abdullayevin futboldakı nadir uğurlu kadrlarından biri istefaya göndərilir, klub AFFA-da Elxan Məmmədovgilin qeyri-rəsmi nəzarətinə keçir. “Neftçi”nin qara günləri başlayır. Davamlı rəhbər, prezident dəyişikliyi bu köklü klubu nəticə baxımından məhv edir.
Yəni AFFA-nın olduğu yerdə uğur olmur. AFFA-nın olmadığı yerdə uğur olur.
“Qarabağ”a baxın. Müstəqil klubdur. Komandanın oturuşmuş sistemini qurmağı bacarmış baş məşqçisi, baş məşqçinin də işinə müdaxilə etməyən rəhbərliyi var. 2014-cü ildən bu yana Avropa kuboklarının qrupunda oynamadıqları il olmayıb. Davamlı yerli çempionluqlar da öz yerində.
Çünki AFFA-nın olmadığı yerdə uğur olur. AFFA-nın olduğu yerdə uğur olmur.
“Qəbələ”nin pulunun yaxşı olduğu vaxtları yadınıza salın. AFFA-ya bağlıllğı olmayan daha bir müstəqil klub idi. Dalbadal iki dəfə Avropa Liqasının qrupuna düşdü. Klubun peşəkar idarəetməsi formalaşdı.
Və indi adı “Şamaxı” olan eks “Keşlə”ni yada salın. AFFA-nın nəzarətində olmuş bir komanda. Kluba 3-4 ildə 15 milyondan artıq vəsait ayrılıb. Nəticə? Avropada bir mərhələ belə adlaya bilməyiblər.
Ona görə ki, AFFA-nın olduğu yerdə uğur olmur. AFFA-nın olmadığı yerdə uğur olur.
Və… Azərbaycan milli komandası. Hər seçmə mərhələ üçün sonuncu yeri əvvəlcədən “bron” edən bir komanda. FİFA reytinqində Afrikanın qəbilə komandalarından da geriyə - 129-cu yerə düşmüş bir komanda. Milli ruhdan əsər-əlaməti qalmayan bir komanda. Legioner toplusu…
Və…
Dünən Slovakiyada mini-futbol üzrə Avropa çempionu adını qazanmış bir komanda var. Federasiyaya bağlılığı olmayan MİLLİ KOMANDA. Heyətinə göz gəzdirdim, bir nəfər də olsun, əcnəbi yoxdur. Milyonlara yox, qəpik-quruşa oynayan və meydanda əsl xarakter göstərən azərbaycanlı balaları… Futbol oynamağı bacaran oğlanlar. Futbolla oynayanlara isə vicdan dərsi verən çempionlar.
Deməli, biz azərbaycanlılar futbolda ermənidən, gürcüdən geri qalmırıq. İstək olanda, doğru idarəetmə formalaşanda əsl KOMANDA yaratmaq mümkündür.
“Qarabağ” kimi. Mini-futbol milisi kimi. Amma yetər ki, orda AFFA olmasın.
Çünki AFFA-nın olduğu yerdə uğur olmur. AFFA-nın olmadığı yerdə uğur olur.
Aydın Bağırov
[email protected]
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu