Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər

XƏBƏR 29 Oktyabr 2026 / 16:19 399
-  A +

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, futbolçular Bəhlul Mustafazadə və Musa Qurbanlı Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər.

QOL.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Görüş zamanı klub nümayəndələri uşaqlarla səmimi söhbət edib, onlara xoş arzularını çatdırıblar. Futbolçular uşaqlara “Qarabağ” FK-nın formalarını və toplarını hədiyyə ediblər.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin də iştirak etdiyi ziyarət Gənclər və İdman Nazirliyi ilə “Qarabağ” futbol klubunun birgə təşkilatçılığı ilə baş tutub.

Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər

Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
 
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
 
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
 
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
 
Səhifənin yuxarısına keçidYuxarı

Qarabağ FK
Son xəbərlər
topaz banner