Azərbaycan millisi Vyetnama uduzdu

Azərbaycan millisi Vyetnama uduzdu
ÖLKƏ FUTBOLU 29 Oktyabr 2026 / 20:25 5737
-  A +

Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda mundialda 9-cu oyununda Vyetnamla qarşılaşıb. Bu, 81-84-cü yerlər uğrunda yarımfinal görüşü olub. Millimiz görüşdən 2:4 hesabı ilə məğlub ayrılıb. Azərbaycan millisinin heyətində Murad Məmmədzadə və Yusif Əlizadə fərqləniblər. 

Yığmamız bundan öncə Mozambiklə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. Millimizin heyətində Həsən Məhəmmədov, Qafar Babayev, Yusif Əlizadə fərqləniblər. Daha bir qolu isə Mozambik yığmasının futbolçusu öz qapısına vurub. 

Qeyd edək ki, Azərbaycan millisi turnirdə C səbətində 19-cu yer, ümumi reytinqdə isə 83-cü yer uğrunda mübarizə aparacaq. Komandamız son oyununu 30 oktyabr saat 11:30-da Hövsan Yarış Kompleksində Əfqanıstan yığmasına qarşı keçirəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner