"Los-Anceles-2028 hazırda əsas strateji hədəfimizdir. Dünya çempionatında qazandığımız nəticələr bizi sevindirir, amma qarşıda daha böyük vəzifələr dayanır".
Bu sözləri QOL.az saytına geniş müsahibəsində Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
O bildirib ki, Bakıda təşkil olunan böyüklər arasında dünya çempionatında qazanılan uğurdan sonra indi əsas məqsəd həmin nəticələrin davamlılığını təmin etmək və Olimpiya Oyunlarına mümkün qədər güclü heyətlə yollanmaqdır.
"İlk növbədə, çalışacağıq ki, daha çox çəki dərəcəsində Olimpiya lisenziyası qazanaq. Bunun üçün təsnifat dövründə idmançılarımızın sabit nəticələr göstərməsi və reytinqdə əlverişli mövqelər tutması vacibdir.
Burada konkret hədəflərimiz var. İstəyirik ki, Olimpiya Oyunlarına vəsiqə qazanan cüdoçularımız mümkün qədər öz çəki dərəcələrində reytinqin ilk səkkizliyində yer alsınlar. Əsas hədəfimiz isə onların ilk dördlükdə qərarlaşmasıdır. Bu, idmançılarımızın Olimpiadada səpələnmişlər sırasında olması və püşkatma zamanı daha əlverişli mövqe əldə etməsi baxımından əhəmiyyətlidir. Təbii ki, reytinqdə yüksək yer tutmaq uğura zəmanət vermir, amma böyük yarışa hazırlığın vacib tərkib hissəsidir.
Əlbəttə, son məqsədimiz yalnız lisenziya qazanmaq və ya yüksək reytinq mövqeyinə sahib olmaq deyil. Biz Olimpiya medalları, o cümlədən qızıl medal uğrunda mübarizə aparmaq istəyirik. Azərbaycan cüdosunun potensialı buna imkan verir və hazırlığımızı da həmin məqsədə uyğun qurmalıyıq".
R.Rəsullunun sözlərinə görə, qadın cüdoçularımızın Olimpiya Oyunlarında daha güclü təmsil olunması da qarşıya qoyulan vacib vəzifələrdəndir:
"İstəyirik ki, həm kişilərdən, həm də qadınlardan ibarət komandalarımızda yüksək nəticə göstərə bilən idmançıların sayı artsın. Olimpiadaya hazırlıqda hər bir cüdoçuya fərdi yanaşmaq lazımdır. Yarış təqvimi, məşq yükü, tibbi nəzarət və bərpa prosesi düzgün planlaşdırılmalıdır. Burada idmançının mübarizə aparacağı çəki dərəcəsinin vaxtında müəyyənləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Hazırlıq prosesində elə balans yaradılmalıdır ki, cüdoçu təsnifat yarışlarında lazımi xalları toplaya bilsin və eyni zamanda Olimpiya Oyunlarına ən yüksək formada çatsın.
Bizim əsas vəzifəmiz idmançıların potensialını məhz Olimpiya tatamisində nəticəyə çevirmələri üçün bütün zəruri şəraiti yaratmaqdır. Qarşıdakı dövrdə görüləcək işləri də bu məqsədə uyğun planlaşdırırıq".
R.Rəsullunun müsahibəsi ilə bu gün saytımızda yayımlanacaq.
Nur Zeynalova
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır