Xəbər verdiyimiz kimi, futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində “Araz-Naxçıvan” “Buba Mara” ilə qarşılaşıb və 3:5 hesabı ilə uduzub.
QOL.az-ın məlumatına görə, komandanın oynayan məşqçisi Fərid Ələkbərov görüş barədə Azərbaycan Futzal Federasiyasının saytına açıqlama verib. O, məğlubiyyəti belə şərh edib:
“Bosniya və Herseqovina çempionu bizimlə görüşə tam heyətlə çıxmışdı. Belə ki, onların əsas oyunçusu Pereç qırmızı vərəqə aldığına görə I turda “Piast”la matçı buraxmışdı. Oyunun gedişində hesabda önə keçdik. Ancaq oyun təcrübəsizliyi sözünü dedi və üstünlüyümüzü qoruya bilmədik. İstər fiziki hazırlıq, istərsə də qol epizodu yaratmaq baxımından komandamız yaxşı tərəfdən seçilirdi. Hesab 2:2 olan vaxt boş qapıya düşə bilmədik. Onu edə bilsəydik, qələbə qazanmaq şansımız az deyildi. Ümumiyyətlə, qrupumuzdakı rəqiblərin heç biri zəif, asan udulacaq kollektiv deyil. Hər biri oturuşmuş heyətə malikdir, əksəriyyəti illərdir eyni komandada çıxış edirlər. Bizim bir gün əvvəl yendiyimiz “Uypest” meydan sahibi və qrupun əsas favoriti hesab edilən “Piast”la heç-heçə etdi".
F.Ələkbərov "Araz-Naxçıvan"ın turnirdə kifayət qədər yaxşı mübarizə apardığını deyib: "Qrup liderinin kimliyinə sonuncu turun oyunlarından sonra aydınlıq gətiriləcək. Elə vəziyyət yaranıb ki, bu hüququ hər bir komanda qazana bilər. “Araz-Naxçıvan” bu ildən sırf yerli futzalçılardan – millinin üzvlərindən qurulub. Onların belə mübarizə aparacaqlarını açığı gözləmirdim. Yaxşı mənada təəccübləndirdilər”.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupun ilk oyununda “Uypest”i 5:4 hrsabı ilə yenib, “Buba Mara”ya isə 3:5 hesabı ilə uduzub. Komanda qrupun sabah – oktyabrın 30-da “Piast”la üz-üzə gələcək. Oyun saat 22:00-da start götürəcək.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi