Çönüb geriyə baxanda xoş və naxoş mənzərələr gözümün önündən elə sürətlə ötüb gedir ki...
Qələbələr, uğursuzluqlar.
Bir komandanın, bir futbolçunun, bir klubun əsl qəhrəman kimi göyə qaldırılması, sonra o qəhrəmanın bir anın içində göydən yerə vurulması.
Cəmi ikicə ayın içində nə görmədi ki, bu komanda.
Komanda və Qurban Qurbanov.
Həm sədaqət, həm nankorluq.
Həm vəfa, həm vəfasızlıq.
Amma zəfərin açarı səbrdir deyiblər.
Səbr.
Qurban Qurbanovda olan səbr.
"Qarabağ"ı "Qarabağ" edən səbr...
"Qarabağ"ı Azərbaycanın hüdudlarını da aşaraq Avropada nüfuz, hörmət sahibi edən səbr.
Azərbaycanın... Futbolu olmayan, futbolu ilə futbol oynanılan Azərbaycanın.
"Olimpiya"nın (Sloveniya) portuqalıyalı baş məşqçisi 1 həftə əvvəl necə söyləmişdi?
"Qarabağ"ın qapısına penalti ona görə təyin edilmədi ki, o, Avropada görkəmli komandadır..."
Sözə bax - "Görkəmli komanda".
Eyni şeyi vaxt vardı həmin Qurban Qurbanov "Çelsi", "Roma" barədə deyirdi.
Əlbəttə, "Qarabağ" "Çelsi" deyil. "Roma" da deyil. Amma "Qarabağ" illərdir Avropanın qəbul və hörmət etdiyi, hesablaşdığı bir komanda, klubdur.
***
Təyyarəyə minəndə kefimi soruşur. Çox məyusam deyirəm. Bir neçə saat əvvəl Polşada "Rakov"la matçda udmalı, ən azı heç-heçə etməli oyunda uduzub "Qarabağ". Əminəm ki, ilk, bəlkə də sonuncu dəfədir futboldakı bir nəticə əhvalıma bu qədər çox mənfi təsir edir.
4-5 saatlıq yolçuluqdan sonra ölü bir sükut içində Bakıya enirəm. Onda hiss edirəm ki, kimsə əlini çiynimə qoyub bərk sıxır. Özünəxas nəzakəti, insani mədəniyyəti var Qurban Qurbanovun.
"Kefini pozma, hər şey yaxşı olacaq..." deyir. Deyir və başı, qəddi dik halda aralanıb sərhədi keçir.
Sərhəd. Sərhəddən o tərəf. Bakı, Azərbaycan...
Burda adamlar var, hələ də sadəlövhcəsinə elə düşünürlər ki, qələbə üçün zaman anlayışı yoxdur, pulun varsa bəsdir, o, istədiyin anda göydən zəmbillə düşəcək. İş görmədən, zəhmət çəkmədən, rəqibin hansı futbol gücünə malik ölkəni təmsil etməsinə baxmadan...
Amma zaman "səbr edin, gözləyin" deyir. Səbr edib gözləyəndə isə qələbələr də gəlir, haqlı və haqsız narazılıqlar, incikliklər də aradan qalxır və...
... "Qarabağ" gəlib yenidən Avropa Liqasının qrupuna düşür.
Aydın Bağırov
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi