Bu gün gürcü Xviça Kvaratsxeliya İtaliyada "Napoli", erməni Henrik Mxitaryan isə "İnter"lə müqavilə imzalayıb.
Namik Ələskərovla Vüsal İsgərdərli isə Türkiyənin superliqasında da yox, birinci liqasında bir və ya yarı sezon oynayandan sonra təzədən Azərbaycana qayıdıblar. Biri “Sabah”a keçib, o biri “Sumqayıt”a. Yəni özlərindən əvvəlki 10-a yaxın azərbaycanlı futbolçu kimi onlar da ya güclənə bilməyib, ya da karyerasını yox, pulu üstün tutaraq legioner həyatına son qoyublar.
Bura gələndə də eniş başlayır.
İlqar Qurbanovu yadınıza salın. “Fənərbaxça” kimi Türkiyə nəhənginin əsas komandasına cəlb edildiyi vaxtda (2000-ci illərin ortaları) Mübariz Mənsimovun təklif etdiyi pula aldanıb Azərbaycana qayıtdı, “Xəzər Lənkəran”la müqavilə bağladı. Özü öz əli ilə bəlkə də gələcəyin böyük futbolçu karyerasına ağır zərbə vurdu.
Bunları ona görə qeyd edirəm ki, bizə qonşu olan Gürcüstanın və Ermənistanın futbolçuları daha iradəlidirlər. Qəbul etmək istəməsək də, fakt budur. Bu mənada Azərbaycanda uşaq futbol mütəxəssisləri təkcə futbolçu yox, həm də xaraktercə güclü insanlar, şəxsiyyətlər yetişdirmək haqda düşünməlidirlər. Onları yetişdirə bilməyəndən sonra bizimkilər (insafən, burda söhbət Namiklə Vüsaldan getmir) xaricə gedib qayıtmalarına belə bir nağıl uydururlar ki, bəs, ev üçün darıxırıq. Yəni hamını – medianı, azarkeşi özlərinin yarıdayaz ağlı səviyyəsində sanırlar.
Azərbaycanın kənd-kəsəyində böyüyüb bu gün xarici ölkələrdə özlərinə uğurlu karyera, həyat qurmuş, illərdir orada yaşayan minlərlə, onminlərlə soydaşımız var. Necə olur ki, onlar uğur qazanır, orda möhkəmlənir, bir tək futbola gələndə hamının yadına ev düşür, darıxmaq şakəri baş qaldırır.
Dünyada minlərlə legioner var, olub. Nəyə görəsə onların arasından geri qayıdanlar “darıxmaq” nağılını uydurmayıblar. Legioner dedim, yadıma azərbaycanlı Vəli Qasımov, Nazim Süleymanov düşdü. Biri İspaniyada mükafat qazandı, Portuqaliyada da çıxış etdi, o biri Rusiyanın çempionu oldu. İllərlə həmin ölkələrdə yaşadılar, normal karyeraları da oldu. Uğursuzluqları olanda isə ona “darıxıram” donunu geyindirmədilər.
Yəni, Vəli Qasımov da azərbaycanlıdır, Nazim Süleymanov da. İndiyədək “darıxıram” deyib geri qayıdan digər futbolçularımız da.
Və hələlik “darıxmayan”, karyerasını puldan daha çox düşünən bir futbolçumuz da var – Mahir Emreli... Son bir ildə bərkə-boşa düşsə də, ümumən xarakter göstərə bilir. Bura qayıtmağı ağlına gətirmir. Gətirməməlidir də.
Çünki öz karyerasına hörmət qoyan, özünə inanan, perspektivi yüksək olan futbolçu Azərbaycan çempionatına qayıtmamalıdır!
Aydın Bağırov
[email protected]
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun