Əliyar Ağayev Azərbaycanın ikinci Tofiq Bəhramovudur.
Müstəqillik dövrümüzdən bu yana hələ heç bir hakimimiz belə mənəvi yüksək mərtəbəyə qalxa bilməyib.
Əliyar qaranlıq içində olan futbolumuzun üzünü ara-sıra ağardan çox az sayda insanlardan biridir.
Əliyar həm də rüşvət bataqlığına girmədən öz adını təmiz saxlamış azsaylı hakimlərimizdəndir. Çoxları özlərini pul müqabilində klublara təklif edib onların hər cür sifarişini yerinə yetirəndə Əliyar cəmi 24 yaşında (!) FİFA referisi adını almışdı. Və deyəsən, futbol tariximizdə bu yüksək adı alan ən gənc hakimimiz olmuşdu.

O, bugünə qədər dünya və Avropa çempionatlarının seçmə, Avropa kuboklarının təsnifat və qrup mərhələlərində üst-üstə 50-dək oyun keçirib. Beynəlxalq matçlarla yanaşı Misir kubokunun finalını idarə edib, Avropanın ən güclü çempionatlarından olan Yunanıstan superliqasının prinsipial oyunlarına isə indiyədək dəvət alır. Ən son ötən şənbə günü mərkəzi görüşlərdən olan AEK - “Olimpiakos” matçını bundan əvvəlkilər kimi qüsursuz idarə edib.
Bu, əcnəbilərin Əliyara verdiyi qiymətdir. İndi gələk özümüzünkülərə, daha dəqiqi həm bizdən olan, həm də olmayan nanəciblərə ki, hər fürsətdə Əliyara badalaq vurmağa çalışırlar. Məsələ nədir? 2018-ci ildə Frits Ştuhlik adında bir avstriyalı düdükçalan AFFA-nın Hakimlər Komitəsinin sədri təyin olunub. O vaxtdan Əliyarı mümkün olduğu qədər mərkəzi oyunlardan uzaqlaşdırır, onu əhəmiyyətsiz görüşlərə göndərir. Turun vacib oyunları isə Ştuhlikin gənc, belə görüşlər üçün yetərli təcrübəsi olmayan əziz kadrlarına həvalə olunur. Təbii olaraq, bu zaman da oyunlarda mübahisəli qərarlar verilir. Elə tur yoxdur ki, avrokuboklara getmək istəyən klubların baş məşqçiləri hakimlikdən narazılıq etməsin.
Əliyar Ağayev 24 yaşında öz bacarığı hesabına FİFA referisi olub Azərbaycanı ləyaqətlə təmsil etməyə başlayanda həmin bu Ştuhlikin bəlkə də bizim ölkənin varlığından xəbəri yox idi. Elxan Məmmədovun dəvətindən sonra bura gəlib, hakimliyi inkişaf etdirmək əvəzinə, ona olmazın zərbələri vurur, ən yaxşı hakimimizə süni maneələr yaradır. Qəribədir ki, məhz Ştuklihin gəlişindən sonra Əliyara UEFA-dan gələn dəvətin sayı azalıb.
AFFA-danmı qaynaqlanır?
Bu gün Əliyar Azərbaycanda əhəmiyyətsiz oyunlara göndərilir, sabah da bütün təyinatını birinci diviziona verəcəklər. Axırda da deyəcəklər ki, sən heç FİFA referiliyinə də layiq deyilsən. Yəni öz kadrım dura-dura sən niyə beynəlxalq oyunlara gedəsən ki?.. Elə Azərbaycanda çaldığım havaya oynayanlar getsin də.
Uzun sözün qısası, vicdansızın adı üstündədir.
Vicdansız isə hər əclaflığa qadirdir, Elxan Məmmədov!
Ştuklihi dayandırın!
Aydın Bağırov
[email protected]
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi