PSJ-nin zədəli futbolçularından xəbər var

PSJ-nin zədəli futbolçularından xəbər var
DÜNYA FUTBOLU 29 Oktyabr 2026 / 18:03 315
-  A +

PSJ Markinyos, Nuno Mendeş və Usman Dembele ilə bağlı açıqlama yayıb.

QOL.az xəbər verir ki, klubun rəsmi saytında “Havr”la oyundan əvvəl futbolçuların tibbi vəziyyəti barədə məlumat verilib.

Bildirilib ki, hər üç oyunçu reabilitasiya prosesini davam etdirir.

Qeyd edək ki, bir neçə gün əvvəl PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın ciddi diz zədəsi səbəbindən əməliyyat olunduğu açıqlanıb.

PSJ oktyabrın 30-da Liqa 1-in növbəti turunda səfərdə “Havr”la qarşılaşacaq. Paris təmsilçisi 17 xalla turnir cədvəlinə başçılıq edir. “Havr” isə 2 xalla sonuncu pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner