DÇ-2022-nin seçmə mərhələsində millimiz uğursuz, daha doğrusu, rüsvayçı nəticələr göstərməkdə davam edir.
Canni de Byazinin rəhbərlik etdiyi komanda dünən səfərdə Lüksemburqa da uduzub (1:2). Beləliklə, 3 turdan sonra komandamızın hesabında 1 xal belə yoxdur.
Bu, Avropa zonasında mübarizə aparan 55 milli arasında ən aşağı göstəricilərdən biridir. Azərbaycanla yanaşı bizimlə eyni qrupda yarışan İrlandiya, Cəbəllütariq, Andorra, San Marino, Lixtenşteyn, eləcə də hələlik 2 matç keçirən Kosovo, Litva və Estoniya da xal qazana bilməyib.
Beləliklə, yalnız 9 komanda seçmə mərhələdə xal üzünə həsrət qalıb. Bu yerdə yalnız onu əlavə etmək qalır ki, bizə düşmən ölkə olan Ermənistan Almaniyanın da yer aldığı qrupda 9 xalla liderdir. Digər qruplarda oynayan qonşu Gürcüstan, Farer adaları, Moldova belə xal toplayıb. Cırtdan ölkə Maltanın isə 4 xalı var. Sadalanan bu ölkələrin hər biri ilə müqayisədə Azərbaycanda futbola, o cümlədən milli assosiasiya və milli komandalara daha yüksək şərait yaradılıb. Hər il dövlət şirkəti SOCAR-ın xətti ilə AFFA-ya 20 milyon manatdan çox pul ayrılır. İtaliyalı Canni de Byazinin rəhbərlik etdiyi məşqçilər korpusu ilə bahalı müqavilələr imzalanıb. Lakin bütün bunların müqabilində nəticə yenə yoxdur. Sıfır xal…
Elə isə sual olunur: bu milli komanda seçmə mərhələdə nə üçün və kimin üçün oynayır? Əgər nəticə üçünsə, bu qədər pulun müqabilində yenə sonuncu yerdəyik. Yox, əgər yalnız AFFA üçünsə, onda bu milli komandanın Azərbaycan xalqına, azarkeşinə nə aidiyyatı var? Amma məqsəd nəticə yox, yalnız iştirakdırsa, onda SOCAR hər il milyonlarla pulu hansı məntiqlə futbol qurumuna ayırır? Heç vaxt komandamıza uğur qazandırmayan faydasız xarici məşqçilərə bu qədər pul niyə, hansı əsas və məntiqlə xərclənir? Biz də başlayaq kasıb ölkələr kimi futbola az pul ayırmağa və turnirlərdə nəticə yox, yalnız iştirak üçün oynayaq. Fərqi nədir ki, pul çox olanda da sıfır xal olur. Bəlkə pul olmayanda futbolçular özlərində təpər, məşqçilər də vicdan tapıb, ölkə xatirinə heç olmasa 1-2 xal qazana.
İndiki halda isə… Biz Canni de Byazi kimi qorxaq, anlaşılmaz heyət seçən, yaxud federasiyanın diqtəsi ilə işləyən məşqçiylə yola davam edirik. Görün, nə vəziyyət yaranıb ki, bu futbol “ağıllısı” Mahir Emreli, Rəhim Sadıxovu, Namiq Ələsgərovu ehtiyatda saxlayır. Mahiri e… Bu mövsüm Polşa “Legiya”sının heyətində avrokuboklarda 5 qol vuran futbolçumuzu…
Belə futbol zehniyyətinə daha nə deyəsən?..
…Və nə qədər, nə vaxta qədər deyilməlidir ki, milli komandaya yerli məşqçi gətirilməlidir?
Aydın BAĞIROV
[email protected]
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi