Futboldan uzaqlaşmışdım bir müddət. Nəinki futboldan, elə işdən də, sosial mediadan da.
Özü də futbol ab-havasının bu qaynar çağında.
Nə gizlədim, yormuşdu məni.
Amma bir şeydən yorulub-yorulmamaq mənim Qarabağa səfərimə heç vaxt əngəl olmur. Xüsusən artıq hər il qeyd etdiyimiz Zəfər gününün ildönümündə.
8 noyabrı Qarabağda qarşılamaq az qala rituala çevrilir mənim üçün. Bu, bir növ mənim özümün öz qarşımda qoyduğum mənəvi və vicdani öhdəlikdir.
Odur ki, bu il də ənənəni pozmadım və 8 noyabr günü Qarabağa istiqamət aldım ki, bu, təkcə 2024-cü ildə ora beşinci, ya altıncı səfərim idi. Amma Bakıdan ora hardasa 400 kilometrlik hər səfərim düzü, 28 illik fasilədən sonrakı ilk səfərim kimi yuxutək gəlir mənə.
Ona görə də mən hər Qarabağa gedəndə Allaha etdiyim iki duamdan biri bu olur: kaş yaşadıqlarım yuxu olmaya…
Çünki erməni işğal dövründə yuxumda Qarabağa, Ağdamdakı ata-baba evlərimizə çox getmişəm, o vaxtlar ən gözəl anlarımı da məhz onda yaşamışam.
Ta yuxudan oyanıncaya qədər.
Və niyə Qarabağ məni özünə bu qədər çox çəkir deyə düşündükcə ona əmin oluram ki, doğulduğum torpaqla mənim aramda düz 28 illik məsafə səddi olub.
28 illik işğal səddi.
Amma bir daha qarşımıza çıxmaz elə sədd.
Çıxa bilməz.
Ona görə çıxa bilməz ki, indi bu torpağın altı da, üstü də, havası da İsa Bulağından axan, Turşsuda, İstisuda qaynayan tərtəmiz su kimi pakdır.
Yəni o yurda, el-obaya bir mənəvi təmizlik gəlib.
Necə gəlib?!
Əvvəla qalib sərkərdəsi və ordusuyla gəlib.
Və həm də…
Dağıdılmış Ağdamın hər qarışının indi qurulmasıyla gəlib.
Bugünkü “İmarət”ın sanki cənnətə çevrilməsi ilə gəlib.

Nisgilli Xocalıda matəm aurasını əvəzləyən qürur havası ilə gəlib.
Xankəndinin mərkəzində azərbaycanlı tələbə balalarının qol-boyun olub fəxrlə gəzməsi ilə gəlib.
Şuşada fəhlə qardaşımızın Xanın oxuduğu “Qarabağ” şikəstəsinin sədası altında daşı daş üstünə qoyması ilə gəlib.
Laçında Həkəri çayının hər səhər insan selini görüb sevincdən coşması ilə gəlib.
Və sən də bunu görürsən. Həm də ürəyinlə, beyninlə, qanın və ruhunla hiss edirsən.
Onda deyirsən, həə…
Bax bu eldən axır ki, namərdlər gedib!
Bax bu elə mərdlər gəlib artıq!
Mərdlər, mərd insanlar, mərd oğullar…
Aydın Bağırov
Ağdam, İmarət kompleksi
09.11.2024
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı