Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi

Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
DÜNYA FUTBOLU 30 Oktyabr 2026 / 00:37 377
-  A +

“Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda “Əl-Xolud”la keçirilən oyunda het-trik edib.

QOL.az xəbər verir ki, sözügedən görüş "Əl-Nəsr"in 5:3 hesablı qələbəsi ilə bitib.

Bu, 41 yaşlı hücumçunun 2024-cü ildən bəri ilk het-triki olub. Nəticədə Ronaldo karyerasında vurduğu qolların sayını 985-ə çatdırıb.

O, bu qollardan 839-nu klub səviyyəsində, 146-sını Portuqaliya millisində  vurub.

Qeyd edək ki, “Əl-Nəsr” hazırda 28 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.


Qarabağ FK
Son xəbərlər
topaz banner