“Uypest”lə oyun kifayət qədər maraqlı keçdi. Həm atmosfer, həm də komandaların nümayiş etdirdiyi oyun baxımından bunu deyirəm. Üstün tərəf biz idik, yaratdığımız qol epizodlarının da əksəriyyətini realizə etdik və yekunda qələbə qazandıq. Hesab da göstərir ki, Macarıstan çempionu ilə görüşümüz kifayət qədər çətin, gərgin keçdi. Həmin matçda het-trik etdim və UEFA bayrağı altında keçirilən oyunda bunu aktivinə yazdırmağı hər bir futzalçıya arzulayıram".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın futzalçısı Oktay Rüstəmli Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib. UEFA Çempionlar Liqasının “Uypest”ə qarşı keçirilən oyununda het-trik edən, “Buba Mara”nı isə bir qolla cəzalandıran hücumçu matçlar və vurduğu qollar haqda danışıb:
"Düzdür, vacib olan komandanın uğur qazanmağıdır, vurduğum qollar da bunu əldə etməyimizə çox kömək oldu. Het-triki komanda yoldaşım da etsəydi, özüm qədər sevinərdim.
“Buba Mara”ya məğlubiyyətə gəldikdə, “Uypest”lə matçdakından daha çox qol epizodu yaratmışdıq, təəssüf ki, cəmi 3-nü reallaşdıra bildik. Halbuki daha çox qol vurmalı idik. Rəqib bizdən üstün deyildi, sadəcə onlar imkanlarını düzgün qiymətləndirdilər. Qol vursam da, qələbə qazana bilmədiyimizə görə məyus oldum.
Şanslar davam edir. Turnir cədvəlinə baxsaq. Hər bir komandanın lider olmaq şansının davam etdiyini görərik Son turun oyunları bu baxımdan gərgin keçəcək. Təbii ki, çalışacağıq ki, 1/8 finala yüksələn komanda “Araz-Naxçıvan” olsun”.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı