“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu

“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
ÖLKƏ FUTBOLU 28 Oktyabr 2026 / 19:09 381
-  A +

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununa çıxıb.

QOL.az xəbər verir ki, Naxçıvan təmsilçisi Bosniya və Herseqovinanın “Buba Mara” komandası ilə qarşılaşıb. Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da keçirilən görüş “Buba Mara”nın 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan çempionunun heyətində Murad Quluzadə, Oktay Rüstəmli və Kənan Manafov fərqləniblər.

Qeyd edək ki, 5-ci qrupunda mübarizə aparan “Araz-Naxçıvan” ilk turda Macarıstanın “Uypeşt” komandasını 5:4 hesabı ilə məğlub edib. Təmsilçimiz qrup mərhələsində son oyununu oktyabrın 30-da Polşanın “Piast” komandasına qarşı keçirəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner