Başladı!
Yəqin hamı məhz belə start gözləyirdi. Qol seli olan.
Almaniya - Şotlandiya - 5:1.
AzTV-nin təbirincə deməsək, Almaniya dağılmadı, darmadağın etdi…
Welcome Euro-2024!
Futbolun gözəlliyi qoldur əlbəttə. Amma futbolun gözəlliyi həm də ötürmələrdir.
Baxın, birinci qolun qurulmasına - Toni Kroosun əbəs yerə ötürmələr kralı olmadığını bir daha qəbul edəcəksiniz.
Baxın, ikinci qola. İlkay Gündoğan - cərimə meydançasına ötürdüyü fenomenal pas almanların yenidən fərqlənməsinə səbəb oldu.
Yeri gəlmişkən, İlkay dünən Almaniya millisini rəsmi oyunlarda kapitan kimi meydana çıxaran ilk qeyri-alman futbolçu oldu.
Tarixdən belədir: türklər hər yerdə iz qoya-qoya gəlirlər.
Amma biz oyuna qayıdaq.
İlk iki qolu kimlər vurdu? Bizə “Bayer”in heyətində “Qarabağ”a qarşı matçlardan yaxşı tanış olan Florian Virts və “Bavariya”lı Camal Musiala (matçın ən yaxşısı).
Avropa çempionatlarında ilk dəfədir ki, hələ 22 yaşı tamam olmamış 2 futbolçu eyni komandanın tərkibində eyni oyunda 2 qol vurur…
Görünür, Yulian Naqelsman nəyi necə etmək lazım olduğunu - heyətə kimi buraxacağını yaxşı bilir. Almaniya millisinin baş məşqçisi olan bu cavan oğlanın vur-tut 36 yaşı var.
AFFA-nın qulağından uzaq.
“Bavariya”nı Almaniya çempionu edəndə isə cəmi 34 yaşda idi. Daha əvvəl “Leyptsiq”də də uğurlu işi olub. İndi ilk dəfə millidə çalışır. Və belə mötəbər turnirə 5 qollu qələbə ilə başlamaq…
5 qolu bir kənara qoyun: Almaniya Şotlandiyanı nar kimi sıxıb bir kənara tulladı. Müdafiə, yarımmüdafiə, hücum xətti - elə bir vahid, elə bir nizamlı sistemdə oynadı ki, meydanda Şotlandiya adlı komanda sanki yox idi.
Onlara bir dəfə də olsun qol vurmağa şərait yaratmadı. Şotlandların adına yazılan qolu isə almanlar özləri öz qapısına vurdular (Rudiger).
Yadıma nə düşdü?
Hətta, təsəvvür edin, hətta Azərbaycan milli komandası belə almanlarla oyunlarda belə aciz durumda olmamışdı. Və bu cümləni oxuduqdan sonra AFFA-nın köhnə - rəhbərlərinin üzündə məmnun bir ifadə yaranır…
Almaniya dünya futboluna yaxşı məşqçilər bəxş edib. Son 15 ilə nəzər salıram: Klopp, Tuhel kimi Çempionlar Liqasını belə qazanmış mütəxəssislər yada düşür. Həmin sıraya Naqelsmandamı adını yazacaq?
Yaşayarıq, görərik.
Amma “alman maşını” çox sürətli start götürdü. Yol finala aparır?
DÇ-2014-dəki parlaq zəfərdən sonra - son 10 ildə Almaniya bir titul belə qazana bilməyib.
Görəsən, yetərli deyilmi?
Aydın Bağırov
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Puxaç Polşa klubuna qayıtmaq istəyir
Haalandın aldığı 432 illik kitab sərgiyə çıxarıldı
“Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istəyirlər
Tanınmış jurnalistə bu klubda vəzifə verildi
Afrikada ilin ən yaxşı futbolçusu adına 10 namizəd
“Real”ın futbolçusu Türkiyə ilə oyunu buraxacaq
Van Deyk gələcəyi haqda: "Müqavilə uzadılmasa..."
Kukurelya Arda Gülerdən danışdı
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır