Əlbəttə, bu qınağın birbaşa ünvanları var.
Başlayaq, “İmişli” Futbol Klubundan. Aylardır yerli qurumlarla stadion problemini həll edə bilmirlər, ona görə də ev oyunlarını doğma İmişli əvəzinə, Quba Olimpiya Stadionunda keçirirlər.
Klubun verdiyi qərar - bərbad! Quba Olimpiya Stadionunun meydançası - ikiqat bərbad!
“Kəpəz”, artıq sayı da itib, neçə ildir ev oyunlarını Gəncədə yox, gah Tovuzda, gah Qəbələdə keçirdi, indi də Yevlaxın süni meydançasına “köçüblər”.
Yevlax stadionunun durumu- bərbad!
“Karvan-Yevlax” klubunun ağıl dəryaları stadionun ot örtüyünü dəyişib keyfiyyətsiz süni meydança edirlər. Avropalılar süni örtükdən təbii meydançaya keçir, bizimkilər isə…
Saldıqları yeni meydançanın durumu - bərbad!
“Şamaxı” klubu ev oyunlarını süni örtüklü meydançada keçirir. Meydançanın durumu - bərbad!
“Turan Tovuz”ın rəhbəri yüzminlərlə pul töküb süni meydançanı təbii örtüklə əvəzləyir! Doğma el-obası Tovuz üçün maddi-mənəvi can yandırır. Amma elə təmirdən sonrakı birinci oyundaca meydança olur yararsız. Yəni icraçıların gördüyü işin nəticəsi - bərbad!
“Araz Naxçıvan” oyunları doğma Naxçıvanda deyil, Bakıda, Mərdəkan çimərliyinin düz yanındakı stadionda keçirir. Stadionun ot örtüyü - bərbad!
Ölkənin ən nüfuzlu futbol məşqçiləri haray çəkirlər ki, belə meydançalar futbolçuları şikəst edir, təbii meydanlar salınsın.
Futbol qurumlarının bu narahatlığa münasibəti - bərbad!
Yerli futboldan bixəbər adamların sosial şəbəkələrdə bu SOS-a yanaşması lağlağı, laqeyd.
Çempionat adına verilən qərarlar - bərbad!
Futbol düşüncəsi - bərbad!
Futbol savadı - bərbad!
Futbolçunun keyfiyyəti - bərbad!
Uşaqlarımızın oynadığı meydançaların durumu - bərbad!
Elə bilməyin ki, öz cəbhəmizi unuduram. İdman və futbol mediasının ümumi durumu - bərbad!
İndi siz deyin, biz niyə, kiminlə, hansı qərarların nəticəsi ilə futbolda - çox uzağa getmirəm - Özbəkistanın, Gürcüstanın səviyyəsinə çatmalıyıq?
Stadionlardakı durumun nə dərəcədə acınacaqlı olmasına isə bu gün Qurban Qurbanov bu sözləri ilə möhür vurdu: “Biz hansı əsrdə yaşayırıq?”
Aydın Bağırov
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev