..."İmarət"in girişində boyu hardasa 10 metrə çatan bir çinar ağacı diqqətimi çəkir.
Sonra günahkarcasına düşünürəm ki, qəribədir, niyə Ağdama hər gəldiyimdə elə uşaqlıqdakı kimi gəzdiyim bu yarımcan tarixi ziyarətgahda həmin ağac rastıma çıxmayıb, yaxud çıxıbsa da (mütləq ki çıxıb), niyə diqqət eləməmişəm. Bəlkə də, Ceyhunun - mənim uşaqlıq dostumun beynimə güllə kimi girən və günlərdir orda ilişib qalan sözləri olmasaydı, o məsum, amma vüqarlı ağacın yanından yenə səssizcə, etinasızca, heç nə olmayıbmış kimi ötüb gedəcəkdim.
Məsum ağac...
Amma vüqarlı ağac...
Ceyhun 1993-cü ildə Ağdamı tərk edəndə 17 yaşlı yeniyetmə olub. Buna baxmayaraq, yaddaşı o qədər itidir ki... heyrət etməyə bilmirsən. Ağdamla, ağdamlılarla bağlı zəngin, hətta deyərdim, ensiklopedik məlumatı var. Ona həmişə Ağdam Adam deyirəm. Özündə doğma yurduna aid o qədər keyfiyyətləri birləşdirir ki: dəyənəti var, mərdliyi var, təəssübkeşliyi, dostcanlığı, dəliqanlılığı var, ağdamlılara xas zəhmətkeşliyi və işgüzarlığı da öz yerində.

"Görürsən, o Çinarı?.." - əli ilə həmin məsum, amma vüqarlı ağacı nişan verir. Sonra yanındakı kötüyü göstərir. O kötüyün üzərindəki nəhəng çinar işğal dövrünə qədər xan qaməti ilə yerində qalıb. Rəvayatə görə, Qarabağ xanı İbrahimxəlil xan dəfn olunanda (1806-cı il) onun xatirəsinə ehtiram olaraq İmarətdə 20-dək çinar ağacı əkilib (Qarabağ xanlarının və onların ailə üzvlərinin məzarı buradadır). Və həmin çinarlar əkiləndən ta işğal dövrünədək kökü, gövdəsi, budaqları ilə nəhəng bir ağaca çevrilib. Heç kimin və heç nəyin yıxa bilmədiyi qocaman bir ağaca.
Amma işğal dövründə nankor və namərd qonşumuz ermənilər alçaqcasına təbiətin bu möcüzələrinə də qıyıblar: iki əsr yaşı olan o çinarların hər birini mişarla kəsərək yer üzündən silməyə çalışıblar.

Fəqət tam müyəssər ola da bilməyiblər.
Bu ağlagəlməz qəddarlığın qarşısında İlahi və Təbiət öz qüdrəti ilə heyrətimiz bir möcüzəyə səbəbkar olub. Kəsilmiş həmin ağacın barmaq ucu boyda tumurcuğundan bu dəfə başqa bir Çinar yaranıb. Və indi yaşı bəlkə də, 30-a çatan bu ağac 28 illik işğal dövründə İmarətdə kimsəsiz körpələr kimi tək-tənha böyüyüb.
Əzilmədən. Yıxılmadan. Sınmadan.
Sanki İmarətə, orada uyuyan Qarabağ xanlarının və bəylərinin, Xan qızı Natəvanın ruhuna həyan olan Çinar.
Qəddi-qamətli, şux duruşlu Çinar.
Xan Çinarın Bəy oğlu Çinar!..
Aydın Bağırov
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Puxaç Polşa klubuna qayıtmaq istəyir
Haalandın aldığı 432 illik kitab sərgiyə çıxarıldı
“Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istəyirlər
Tanınmış jurnalistə bu klubda vəzifə verildi
Afrikada ilin ən yaxşı futbolçusu adına 10 namizəd
“Real”ın futbolçusu Türkiyə ilə oyunu buraxacaq
Van Deyk gələcəyi haqda: "Müqavilə uzadılmasa..."
Kukurelya Arda Gülerdən danışdı
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır