“Qarabağ”la “Sabah” arasında matçlar artıq Azərbaycan çempionatının bəzəyinə, mühüm oyunlarına çevrilir.
Azarkeş bu oyunlardan zövq alır.
Quru, sönük görüşlərdən bezən media üçün yeni mövzular yaranır.
Futbol idarəçiləri isə əlbəttə ki, məmnun qalır və əllərində əsas olur ki, baxın, bizdə də yaxşı oyunlar var. Yekun nəticədə isə belə keyfiyyətli qarşılaşmalar Azərbaycan futbolunun, çempionatının zədəli vizionunun bərpasına yardım edir.
Gərək ki, bir neçə ay əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hətta “Sabah”la matçlarını (4:3) Avropa kuboklarında keçirdiyi oyunlarla müqayisə etmişdi. Məntiqli baxışdır. Və belə oyunların səbəbkarları həm də məşqçilərdir.
Qurban Qurbanovdur.
Onun rusiyalı həmkarı Murad Musayevdir.
Murad Musayev…
Onun bir çox həmkarından fərqli olaraq peşəkar futbolçu karyerası olmayıb. 22 yaşında tələbəykən birbaşa məşqçiliyə başlayıb. “Krasnodar”ın uşaq futbol akademiyasında köməkçi məşqçilikdən ta əsas komandanın baş məşqçisi vəzifəsinə kimi yüksəlib. 2018/19 mövsümündə “Krasnodar”ı Avroliqada 1/8 finala qədər gətirib, 2019/20 mövsümündə isə bu klubu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. Və indi bu mütəxəssis “Sabah”, deməli, həm də Azərbaycan futbolu üçün çalışır. Nələr edir, necə çalışır, biz bunu “Sabah”ın oyunlarında görürük. Yəni Musayevin vizit kartı onun komandasının meydandakı oyunudur və əlbəttə, həm də özünün təmkinli və təvazökar davranışı, soyuqqanlılığı, publikaya hesablanan yersiz açıqlamalar verməməsi.
Bəli, 39 yaşlı mütəxəssisin bacarığı, yüksək futbol intellekti sayəsində biz futbolumuzda sabahı işıqlı görünən bir kollektiv görürük. Komandanın oyun dəsti-xətti, ümumən doğru və keyfiyyətli futbolçu seçimi ona ümid yaradır ki, “Sabah” zamanla tək ölkədaxilində deyil, Avropada da uğurlu çıxış edəcək. Klubun bugünkü maddi təminatı, infrastrukturu, şəraiti Azərbaycan reallığı üçün yaxşı səviyyədədir. Amma daha vacib olan həm də “Sabah”ın sahibləri və rəhbərliyinin Musayevə indiki inam və dəstəklərinin davam etməsidir. Yəni rəhbərlik tək uğurlar yox, uğursuzluqlar zamanı da məşqçisini qorumalı, onun yanında durmalıdır. Yoxsa yaxın gələcəkdə küyə və mümkün nəticə(sizli)yə aldanıb istedadlı məşqçinin işinə mane olmaq, yaxud onunla yolları ayırmaq ciddi səhv, çəkilən əziyyətin üstündən xətt çəkmək olar. Necə ki, Qurban Qurbanov zamanında “Qarabağ” rəhbərliyindən bu dəstəyi gördü, yekunda uğurlu bir komanda formalaşdırdı. Eyni ilə “Sabah”da da rəhbərlik-məşqçi birliyi daimi olmalıdır. Murad Musayev isə bunu uğurlu nəticələri ilə cavablandlrmalıdır. Onun potensialı sabit oyun sistemi və nəticələri olan komanda yaratmağa imkan verir. O komanda da hazırda formalaşma mərhələsindədir.
İndilikdə isə Musayevlə bağlı qeydləri bu fikirlərlə tamamlamaq istərdim: biz heç vaxt kütləvi olmamaq şərti ilə legionerlərin (məşqçi ya futbolçu) ölkəmizə gətirilməsinin əleyhinə çıxmamışıq. Çünki hamı dərk edir ki, bizin özümüzünkülər kimi, legionerlərin içində xeyirverici və ziyanvericilər olur.
Berti Foqts, Nikola Yurçeviç, Yurgen Gede (və sair) kimilərin bizə yalnız ziyanı dəydi. Amma Roman Qriqorçuk “Qəbələ”ni dalbadal iki dəfə Avropa Liqasının qrup mərhələsinə çıxarmaqla xeyir verə bildi. Yəni ölkəyə əcnəbi məşqçi gətirilirsə, onun nəticələri, faydası da aldığı maaşa layiqli olmalıdır.
Bugünkü gündə Murad Musayevin işinin faydası kimi.
Və sonda. Musayevin hazırkı mövsüm inanıb qapını etibar etdiyi futbolçu Yusif İmanovdur. O, Premyer Liqada 22 matçın hamısında start heyətdə meydana çıxıb. Yusifin 20 yaşı var və ad-soyadından göründüyü kimi, bu gənc istedad azərbaycanlıdır…
Aydın Bağırov
Növbəti Bundesliqa matçı təxirə salındı
Serxio Ramos bu dəfə gücünü rinqdə sınadı - Video
"Real"ın məşqçilər heyəti müəyyənləşdi
"Fənərbaxça" ərəblərdən futbolçu almağa hazırlaşır
Hakan Çalhanoğlu sıradan çıxdı
Yarımmüdafiəçi qolları ilə komandasının ən yaxşısı seçildi
"Atalanta" "Roma"nı qabaqladı
"Neftçi" Misir klubu ilə bərabərə qaldı
Alonso "Real"ın yeni baş məşqçisinə nə deyib?
"Napoli" 2 matça baş məşqçisiz çıxacaq
"Qarabağ"ın oyunu bu kanalda yayımlanacaq
"Fənərbaxça"nın 2 futbolçusu eyni kluba keçdi
"Kəpəz" gürcüstanlı futbolçunu transfer etdi
Bentankurun durumu açıqlandı
Kanselo yenidən "Barselona"da - Rəsmi
Hakimlərimizin Antalya toplanışı başladı - Şəkillər
Ayxan Abbasov Renat Dadaşovla görüşdü
Xabi Alonso azarkeşlərə müraciət etdi
Azərbaycanlı futbolçu Rusiyada bu kluba keçdi
"Roma" 18 yaşlı hücumçu transfer etdi
Xabi Alonsonun gedişi futbolçuları şoka salıb
"Sabah"dan "Karvan-Yevlax"a - Rəsmi
"Səbail" hücumçu transfer etdi
İngiltərə Kubokunda 1/16 final cütləri
Qurban Qurbanov Qara Qarayevin yeni təyinatından danışdı
Marko Yankoviç: “Bu, “Qarabağ” üçün son yox, yaxşı şansdır”
"Karvan-Yevlax" iki məşqçisi ilə yolları ayırdı
"Mançester Yunayted"in yeni baş məşqçisi bilindi
Qurban Qurbanovdan - Transfer anonsu
Fransa millisinin sabiq üzvü karyerasını başa vurdu
"Biz bütün diqqətimizi Olimpiya qızılına yönəltmişik"
Millimizin Danimarka ilə oyunlarının saatı məlum oldu
Keçmiş klub prezidenti güllələnərək öldürüldü
PSJ tarixində ilk dəfə...
Timo Verner MLS klubunda
PSJ Fransa kuboku ilə belə vidalaşdı - Video
"Qarabağ"ın 5 qolluq qələbəsindən - Şəkillər
"Zirə"nin oyununda 6 qol - Video
Ronaldonun komanda yoldaşı İtaliyaya gedir
"Çelsi"nin futbolçusu sıradan çıxdı, derbini buraxa bilər
Artıq xəbərlərimiz telefonunuza gələcək!
"Real" yeni baş məşqçisini açıqladı - Rəsmi
Xabi Alonso istefaya göndərildi - Rəsmi
"Barselona"nın prezidenti Mbappeni tənqid etdi
"Fərdi səhvlər komandaya baha başa gəlir" - Saşa İliç