“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Baku Sportinq”i 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis əvvəlcə azarkeşlərə təşəkkür edib:
“Azərbaycanda kubok oyunlarında tamaşaçı sayının az olduğunu görürük. Amma bu gün Gəncə stadionunda azarkeşlərimiz bir daha göstərdilər ki, hər zaman “Kəpəz”in yanındadırlar. Dəstəklərinə görə onlara minnətdaram”.
Baş məşqçi görüşdə daha az oynayan futbolçulara şans verdiklərini bildirib:
“Bu gün çalışdıq ki, daha az vaxt qazanan futbolçulara, həmçinin zədədən qayıdan bəzi futbolçularımıza şans verək. Buna görə kubok oyunu bizim üçün yaxşı fürsət idi. Sevindirici haldır ki, Gəncə futbolunun yetirməsi olan beş futbolçu əsas heyətdə meydana çıxdı, daha biri isə sonradan oyuna daxil oldu. Daha çox yerli yetirməmizə şans verməyi planlaşdırırdıq, amma oyunun gedişi bizi başqa qərarlar verməyə məcbur etdi”.
Azər Məmmədov kubok matçlarının çətin keçdiyini vurğulayıb:
“Rəqibin hansı liqada çıxış etməsindən asılı olmayaraq kubok oyunları həmişə çətin olur. İlk hissədə müəyyən çətinliklər yaşadıq, ikinci hissədə isə komandamızın istədiyimiz futbolu nümayiş etdirdiyini düşünürəm. Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Qarşıda bizi Gəncədə daha vacib oyun gözləyir. Hazırlığa elə bu gündən başlayacağıq”.
Neymarın cəzası bilindi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər