Türkiyə millisi Niderlanddan sonra qrupda növbəti əsas rəqibi - Norveç üzərində də parlaq qələbə qazandı (3:0) və liderliyə yüksəldi. Şenol Günəşin komandasının məhsuldarlığı - 2 oyuna 7 qol vurması da diqqət çəkir.
Bu, dünya çempionatlarının seçmə mərhələləri tarixində qardaş ölkə komandasının rəsmi oyunlarda ən yaxşı başlanğıcıdır. Türkiyə bu tempi saxlasa, qrupu lider kimi başa vurmaqla DÇ-2022-nin final mərhələsinə birbaşa vəsiqə əldə edə bilər.
Digər önəmli məqam bu uğurlu nəticələrin iyunda başlanacaq Avro-2020-nin oyunları öncəsi qazanılmasıdır. Komanda hər belə inamlı oyunlarla həm inkişaf, həm də psixoloji üstünlük əldə edir. Bu mənada Avro-2020-də Türkiyənin ən azı 1/4 finala gələcəyinə proqnoz da vermək olar. Mühüm məqamlardan biri türklərin qrupdakı iki oyunun Bakıda keçirilməsidir. Böyük ehtimalla bu görüşlər məhdudlaşdırılmış formada olsa belə, azarkeşlərin iştirakı ilə keçiriləcək və Bakı Türkiyə üçün doğma meydan kimi olacaq.
Uzun fasilədən sonra Türkiyə millisinin belə uğurlu çıxışı onun azarkeşlərini sevindirməyə bilməz. Ümid edək ki, ay-ulduzlular DÇ-2002 və Avro-2008-dəki uğurlu çıxışının ardını qarşıdakı yarışlarda gətirə biləcək.
Bəs, Nihatın qolunun mətləbə nə aidiyyatı? O, öz xatirələrindən birində danışıb. Deyir ki, 2007-ci ildə Norveçlə seçmə mərhələdə son oyunu keçirirdik: "Final mərhələsinə düşmək üçün mütləq qalib gəlməli idik. Hesab 1:1 olanda qəfildən Arda Turanın səsini eşitdim. Mənə dedi ki, Nihat abi, vur bu qolu, Avropa çempionatını görmək istəyirəm. Həmin oyunda qələbə qolu vurdum və Türkiyə Avro-2008-ə vəsiqə qazandı.
Bu, final mərhələsində Çexiyaya vurduğum qollardan daha vacib idi. Çünki o qolu vurmasıydım, Avropa çempionatına da gedə bilməyəcəkdik".
Türkiyə millisi Avro-2008-də parlaq oyun göstərərək yarımfinala qədər gəlmişdi. Nihat o vaxt 21 yaşı olan Ardanın arzusunu da yerinə yetirmişdi.
Yəni bəzən adi görünə biləcək bir qol bir insanın, bir millətin, hətta ölkənin taleyinə necə təsir edə bilərmiş.
Arda Turan Avro-2008-də uğurlu oyun nümayiş etdirmiş, həm də buna görə sonrakı illərdə "Atletiko" Madrid, "Barselona" kimi komandalarda oynamışdı.
Amma hər komandanın bütün dövrlərdə xarakterli əsl bir liderə ehtiyacı olub. Nihat Türkiyə millisində hər zaman lider olub, komandasına ən ağlasığmaz anlarda qələbələr qazandırıb (məsələn, Çexiya ilə 3:2 hesabı ilə bitən trillerdə).
Belə komandanı, belə ustad futbolçuları görəndə çönüb bir də özümüzə, bizimkilərə baxırsan. Yaxşı mənada paxıllıq edirsən, niyə o əjdahadan bizdə yoxdur deyirsən.
Olsaydı...
Qrupda sonuncu yerlərin daimi "sakini"nə çevrilərdikmi? Təsəllini özümüzə məxsus olmayan uğurlarda tapardıqmı?
Amma yenə də sağ olsun, Türkiyə.
Bizə də örnək olsun.
Aydın Bağırov
[email protected]
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi