Kobe Brayantın şəxsində dünya idmanına üz verən ağır itki idman jurnalistikamızda bir ciddi problemi ortaya çıxardı.
Fikrimcə, yeni yaranan Azərbaycan İdman Jurnalistləri Federasiyası gələcəkdə öz fəaliyyətində bu məsələyə xüsusi yer verməlidir (treninqlər, kurslar keçirmək, redaktorlar və jurnalistlərin iştirakı ilə geniş müzakirə aparmaqla). Məsələ nədir? Başda Qol.az saytı olmaqda idman mediamızda bu böyük idmançının faciəli ölümü, karyerası və həyatına dair bir müəllif yazısına belə rast gəlmədim (xarici saytlardan tərcümə edilmiş yazılar istisna olmaqla). Hər gün daim izlədiyim Rusiyanın idman mediasında isə bir neçə fərqli və samballı yazılar görmək mümkün idi ki, bu yerdə zamanında basketbolla maraqlanmadığımı və sırf futbol jurnalistikası ilə məşğul olmağımı özümdə nöqsan kimi görürəm.
Kobe Brayantın ölümünə bizim medianın, ola bilər ki, daha çox bilgisizlikdən yaranan, amma istənilən halda qəbul edilməyən yanaşması idman jurnalistikamızda problemə qısa münasibət bildirmək üçün sadəcə açar rolunu oynayır. Bəli, bu sahədə durum həqiqətən yaxşı deyil. Əsas, ya da bütün diqqət futbola yönəlib deyə, digər idman növləri üzərində medianın nəzarəti tamamilə itib. Cüdo, güləş, boks və bir çox digər idman növündə böyük problemlər var. 6 ay sonra Tokio Yay Olimpiya Oyunları start götürəcək. Planetin bu birnömrəli idman yarışına isə cəmi 10-12 lisenziya qazanmışıq. İndiki gedişat həmin yarışda medal sayının əvvəlki illərlə müqayisədə kəskin səviyyədə aşağı düşəcəyini proqnozlaşdırmağa əsas verir. Təəccüblüdür ki, bu, son illərin ən zəif göstəricisi olsa da, bu ciddi problem qabardılmır, İdman Nazirliyindən, federasiyalardan hesabat soruşulmur. Halbuki həmin qurumların çoxuna yetərincə maliyyə dəstəyi göstərilib. Bəs hanı nəticə? Problemin mənbəyi ilə bağlı mütəxəssis fikri demək olar ki, yox dərəcəsindədir. Çünki federasiyalarla idman mediası arasında əlaqələr ya zəifdir, ya da ümumiyyətlə, heç mövcud deyil.
Bəli, futbolda da problem çoxdur və qeyd edildiyi kimi, daim diqqətdədir. Amma digər qurumlardakı nöqsanlar heç də AFFA-dan az deyil. Federasiyaların bir çoxunda daxili intriqalar, qruplaşmalar, ayrı-seçkilik baş alıb gedir. Əsasən də milli komandalara nəticə verməyən legioner məşqçi və idmançıların dəvət edlməsi narazılıqlar yaradıb ki, idman mediamızın bunlara da toxunması mütləq zərurə çevrilib. İdman adamları şəxsi söhbətlərdə üzləşdikləri çətinliklərdən danışanda heyrət etməyə bilmirsən. Bu, əlbəttə, bir tərəfdən idman mediasının qeyri-futbol sahələrini nəzarətdə saxlamamasıdırsa, başqa bir səbəbi də federasiyaların media ilə əməkdaşlığa can atmaması, yaxud uğursuz, zəif əlaqələridir.
Zəif əlaqələr demişkən...
Gənclər və İdman Nazirliyi isə yaxşı olar ki, idmana aid tədbirlərinə siyasi müxbirləri yox, daha çox idman mediasını dəvət etsin.
Aydın BAĞIROV
[email protected]
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu