Litva- Azərbaycan matçının hakimləri açıqlandı

Litva- Azərbaycan matçının hakimləri açıqlandı
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2026 / 12:57 245
-  A +

UEFA Millətlər Liqasının ilk turunda keçiriləcək Litva - Azərbaycan matçının hakimləri müəyyənləşib.

QOL.az UEFA-ya istinadən xəbər verir ki, görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcəklər.

Oyunun baş hakimi Menelaos Antoniou təyin olunub. Ona yan xətt hakimləri Pavlos Georgiou və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək.

VAR hakimi Marios Kristoforou, VAR köməkçi hakim isə Dimitris Solomou olacaq.

Qeyd edək ki, Litva - Azərbaycan görüşü sentyabrın 27-də keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
24.09.26  01:49

"Tottenhem"də itki

topaz banner