Mahir və Abdullanın durumu bəlli oldu

Mahir və Abdullanın durumu bəlli oldu
ÖLKƏ FUTBOLU 24 Sentyabr 2026 / 13:25 697
-  A +

Azərbaycan millisinin Tacikistanla yoldaşlıq görüşündə zədələnən futbolçuları Mahir Emreli və Abdulla Xaybulayevin durumu bəlli olub.

Bu barədə QOL.az-a açıqlamasında AFFA-nın mətbuat katibi Aida Əliyeva məlumat verib.

Onun sözlərinə görə futbolçuların zədələri ciddi deyil: "Abdulla Xaybullayev növbəti matçda oynaya bilər. Mahirin də zədəsi ciddi deyil. Onun Litva ilə oyunda iştirak edib-etməyəcəyinə isə oyun günü baş məşqçi qərar verəcək".

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 27-də UEFA Mİllətlər Liqasında Litvanı qəbul edəcək. Komanda oktyabrın 1-də Lixtenşteynlə Bakıda, oktyabrın 4-də isə Litva ilə səfərdə qarşılaşacaq.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner